AZƏRBAYCANDA YOL POLİSLƏRİ ARASINDA DAVA - Biri kürəyindən bıçaqlandı

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.Criminal.az xəbər verir ki, Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.

635x100

Şərhlər

G.M-ya 2018-03-11 12:12:17

Agsaqqal,DYP ele Afrikadada DYP-dur.

SUAL 2018-03-11 12:12:17

BU BARƏDƏ XƏBƏR EŞİTMƏK BİR DAHA ONU TƏSDİQ EDİR Kİ, DİN BU SAHƏDƏ HƏLƏ COX MUSBƏT İŞLƏR HƏYATA KECİRMƏLİDİR. BİR HALDA Kİ YOL POLİSLRİ BİRİ-BİRİLƏRİNƏ QARŞİ XULİQANLİQ ƏMƏLİ İLƏ AĞİR BƏDƏN XƏSARƏTİ YETİRİRLƏRSƏ ONDA ADİ SURUCUNUN VƏZİYƏTİNİ ALMAQ KİFAYƏT DƏYİLMİ?

meridian 2018-03-11 12:12:17

Görəsən Xuraman xanım nə üçün cənab Prezidentimizin keçirilən tədbirlərdə "məmur övladları barəsində" dedikləri iradlardan heç bir nəticə çıxartmayıb??????????Çox təəssüf.Məncə şərhə ehtiyac yoxdur.

Kent 2018-03-11 12:12:17

Iki yer bowaldi buda iki backa

Abit 2018-03-11 12:12:17

halaldı size,sizi seçib götürene

hərbi pensiyaçı 2018-03-11 12:12:17

Bəs necə olmalıdır?. Polisdə xıdmət etrməyə layiq olanların qabağına elə "daş" dığırladırlar ki, peşman olur. Bəli tanışlıq, yerlibazlıq quda nə bilim nə əlamətləri ilə polisə qəbul olunanlardan bundan artıq nə gözləyə bilərsən. Ehtimal ki, ovu bölə bilməyiblər.

Beyləqanlı sürücü. 2018-03-11 12:12:17

Yəqin pul üstə dava olub.Rüşvəti bölə bilməyiblər.....

G.M 2018-03-11 12:12:17

Şair də çox gözəl deyib,ey.. Olmuyublar razı,pulu bölməyə))) İş qalıb artıq,ölüb-öldürməyə ))Ay maşallax..Mən elə bilirdim anacaq Bakı DYP-i ``pul zəlilidir``.

Son yazılar