"Topaz" sahibini 550 manata görə öldürənlərin məhkəməsi başlayıb

"Topaz" sahibini öldürməkdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Təqsirləndirilən şəxslər Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərovdur.

Hakim Mayıl Bayramovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hadisə ötən ilin sentyabr ayında baş verib. Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, istintaq tədbirləri həyata keçirilib.

Hadisənin Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən törədildiyi müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, cinayətdə şübhəli bilinən şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsində işləyən A.Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək məqsədilə qrup halında birləşiblər. Hazırlanan plana əsasən, dəstə üzvü K.Qurbanov Ə.İsgəndərovun mobil telefonu vasitəsilə A.Nadirlinin obyektdən çıxaraq taksiyə minib, getməsini dəstənin digər üzvlərinə xəbər verib.

Dəstənin digər dörd üzvü Ç.Babayevin avtomobilində onu təqib etməyə başlayıblar. A.Nadirli Sumqayıt şəhərinə çatanda taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırov, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək A.Nadirlini izləyiblər. Avtobusdan düşəndən sonra F.Bağırov və M.Eyvazov A.Nadirliyə hücum edərək, onu döyüblər və 550 manat pulunu alaraq hadisə yerindən qaçıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar