Ukraynalı rus teleaparıcının üzünə tüpürüb! - Nifrət dərinlərə işləyib...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynalı Valeri Ananyev rusiyalı teleaparıcı, təşviqatçı Artyom Şeninin üzünə tüpürüb. Hadisə İtaliyanın Verona şəhərində baş verib. Ananyev öz «Feysbuk»unda yazıb ki, teleaparıcını aptekdə görüb və tanıyıb.

Onun sözlərinə görə, «Birinci kanal»ın aparıcısını Veronada görüb. Gənc oğlan onu münaqişəyə çəkməyə başlayıb, sonra isə üzünə tüpürüb. Soisial şəbəkələrdə o, öz hərəkətini bununla izah edib ki, Şenin Ukraynada hərbi münaqişəni dəstəkləyir.

Teleaparıcı Artyom Şenin ukraynalının hücumunu provakasiya adlandırıb («RT»). Şenin özünün sərt fikirləri və eksentrik hərəkətləri ilə tanınır. Ötən ilin oktyabrında o, amerikalı jurnalist Maykl Boba yumruqla hücum edib. Şenin bir dəfə efirən etiraf edib ki, müharibə vaxtı Əfqanıstanda insanları öldürüb.

Söylədiklərinin təsdiqi kimi, Ananyev Şeninlə birgə fotosunu da dərc edib.

Bunun ardınca, teleaparıcı Şenin bəyan edib ki, ötən çümə günü onu münaqişəyə çəkmək istəyən keçmiş ukraynalı desantçı Valeri Ananyev əvvəlcədən düşünülmüş və rasional formada hərəkət edib. Amma onun provakasiyası baş tutmayıb...

635x100

Şərhlər

BAKILI 2018-03-11 17:16:22

Ukraynali ureyimden tikan cixartdi

Son yazılar