“SUBAYLIĞIN SON GECƏSİ” 11 QIZIN HƏYATINA SON QOYDU - Təyyarə qəzası + FOTOLAR 

Dərc olunub: 11/03/2018 - 21:50

a0b7bbf773b179ae36e5dfa3611b8dc6Türkiyədə dəhşətli təyyarə qəzası baş verib. Musavat.com Hürriyet qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn təyyarə İranın paytaxtı Tehran şəhərində yerə düşüb. Təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hər kəs həlak olub.
Təyarənin Türkiyənin məşhur iş adamlarından sayılan, “Başaran” holdinqin sahibi Hüseyin Başarana aid olduğu müəyyən olunub.
Özəl təyyarənin çarter reysi ilə BƏƏ-in Şarika şəhərindən İstanbula gəlməkdə olduğu bilinib. Xəbəri Türkiyənin İrandakı səfiri Hakan Tekin də təsdiqləyib. Səfir Tekin təyyarənin yerinin təsbit olunduğunu və təcili yardım, habelə yanğınsöndürən maşınların bölgəyə hərəkət etdiyini bildirib.

Türkiyə mətbuatı qəzanın başqa bir dramatik tərəfinə diqqəti çəkib. Belə ki, Hüseyn Başaranın qızı Mine Başaran BƏƏ-də 7 rəfiqəsi ilə birlikdə subaylığın son gecəsi tədbiri üçün gediblərmiş.
Lakin “subaylığın son gecəsi”, onların həyatlarının son gününə çevrilib….

43bf604f-08c3-4449-8912-1d99d82197f2.jpg (41 KB)
Qəza anının FOTOsu

Qeyd olunur ki, iş adamı Hüseyn Başaran Türkiyənin məşhur fındıq istehsalçılarından sayılan Başaran Holdingin sahibidir.
Əslən Trabzonlu olan Hüseyn Başarana məxsus holdinq fındıq sektorundan əlavə yaxt, maliyyə, inşaat, otelçilik, havaçılıq və enerji sektorlarında da fəaliyyət göstərir.
İş adamının iki özəl jet təyyarəsi olub. Bunlardan biri uzun mənzilli Global Express, ikincisi isə qəzaya uğrayan Challenger 604-dür. Həmin təyyarə Kanadanın Bombardier şirkətinin istehsalı sayılır.
Ailənin tək qızı sayılan Minə Başaran 28 yaşında olub. Keçən ilin oktyabr ayında iş adamı Murat Gezer ilə nişanlanan Minə Başaranın yaxın vaxtlarda atasının yerinə holdinqin başına keçməli imiş. Minə Başaran 2013-cü ildə şirkətin idarə heyətinə üzv seçilibmiş.




***
teyyare-qeza-samalyot-teyyare-qeza«AzPolitika.info» İranın «İSNA» agentliyinə istinadla xəbər verir ki, bu ölkənin qərbində Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bundan əvvəl xəbər verilmişdi ki, qəzaya uğrayan özəl təyyarədir.

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. “Reuters” agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

Hadisə yerinə xilasedici briqada göndərildiyi bildirilir.


loading...




Fikrinizi bildirin