Berlində məscid yandırıldı

Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.APA-nın verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.

Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə alovu ram ediblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar