Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.Azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.

Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

İddiaçılar turniri, II tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 0.5:0.5

Din Lijen (Çin) - Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) - Sergey Karyakin (Rusiya)

Aleksandr Qrişuk (Rusiya) - Uelsi So (ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar