"AĞLI, SAVADI YERİNDƏDİR, AMMA İNSANIN İŞLƏMƏ MÜDDƏTİ VAR..." - Deputat Artur Rasizadədən danışdı

“Cavan nazirlərdən özünü doğrultmayanlar var”

“Azərbaycanda artıq islahatlara start verilib və bu, davam etdiriləcək. Biz müəyyən kadr islahatlarının da şahidi olacağıq. Həmçinin bəzi dövlət orqanlarının birləşdirilməsi, ləğvi baş verəcək”.

Bunu “Yeni Müsavat”a müsahibəsində millət vəkili Vahid Əhmədov deyib. O, bildirib ki, bu proses apreldə keçiriləcək prezident seçkiləribndən sonra da davam etdiriləcək: “Çünki İlham Əliyevin prezidentliyi dövründə biz vaxtaşırı bunların şahidi olmuşuq. 2018-ci il prezident seçkilərindən sonra ola bilər Konstitusiyaya uyğun olaraq yeni hökumətin tərkibi qurulsun, müəyyən kadr dəyişiklikləri həyata keçirilsin. Əlbəttə, bütün bunlar cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Bu addımlar da ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərəcək”.

V. Əhmədov baş nazir Artur Rasizadənin vəzifəsi ilə vidalaşacağı haqda yayılan məlumatlara da münasibət bildirib: “Birincisi, Artur Rasizadə kifayət qədər təcrübəli şəxsiyyətdir. Mən uzun müddət onunla bir yerdə, maşınqayırma sahəsində işləmişəm və həmişə də yaxın münasibətlərimiz olub. İndi də yaxın münasibətlərimiz var. Baş nazir kimi, əlbəttə, işlədiyi dövr ərzində öz fəaliyyəti ilə iqtisadiyyatımıza müsbət təsirini göstərib. Amma yaş hər şeyi həll edir. İnsanın fiziki göstəriciləri, işləmə müddəti var. Mən Artur müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram, həftədə bir dəfə, ayda 2-3 dəfə telefonla danışırıq, bəzi məsələləri müzakirə edirik. Kifayət qədər ağlı, savadı yerində olan bir şəxsdir və onda elə bir narahatlıq hiss etmirəm. Amma yenə deyirəm, sağlamlığı ilə əlaqədar hansısa məsələlər ola bilər.

İkincisi də, cənab prezidentin səlahiyyətində olan məsələdir, yeni hökumət mütləq qurulmalıdır. Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir, cavan nazirlər təyin olunur, onların arasında özünü doğruldanlar da, doğrultmayanlar da var. Lakin yaşlı nəsildən də istifadə etmək lazımdır, çünki təcrübə çox böyük əhəmiyyət kəsb edir. Artur Rasi-zadənin uzun müddət işləməsində də məhz onun islahatdan hökumətə gəlməsi və uzun müddət Heydər Əliyevlə bir yerdə çalışmasının rolu olub”.

635x100

Şərhlər

S.Ənvər qızına/ 2018-03-13 00:24:31

Siz bilmirsiniz ki,məmurlar necə seçilib yerləşdirilir? Hamısı bir bölgə,qohum,yerli ....Bir diqqət edin hansı şəhərdə,rayonda icra başçısı,polis rəisi,prokuror,iri firma sahibi yerli adamdır.Varmı?Ona görə nə nəzarət var,nə də ölçü götürən.Hamısı bir-birinə bağlı insanlar bizi bu kökdə idarə edirlər.Özbaşınalıq,soyğunçuluq,rüşvət,korrupsiya,büdcə yeyintiləri və sair hallara diqqət edən yoxdur.Güman Allaha qalıbb Televiziyadan yalan,boş təriflər eşidilir.

Adlh 2018-03-13 00:24:31

Mene cox maraqlhdh bu penzyanerler olende bunnarh kim evez edecek? Tebiiki evez edicileri olacaq...... Bunlarh suruculeri iwe mollaynan aparhb getirir ki, her an ole bilerler... bu qederde hormetsizlik olmaz axh, hec olmasa oluye hormetiniz olsun.bele getse bunlar olennen sonra iwe tabutda aparhb getirecekler.

ILgar 2018-03-13 00:24:31

Artur ğetse, yerine Armen ğələçək.

Zaza 2018-03-13 00:24:31

Men bilmirem Artur Ölüb elese nagaryacog? İndiden bir dene de Artur getirmek lazımdır.30 ilde o biri Artur baş nazir olar.

Türk 2018-03-13 00:24:31

... bu yaşda orda saxlamaq bu millətə hormetsizlikdir... Düşmən torpaqlarımızı alıb, qanımızı 300 ildir içir və indi də hər gün cavanlarımız uşaqlarımız düşmən gülləsi ilə öldürülür qanı tökülür. ....

Devrilmish diktator Muqabe -den S.Ənvər qızına c 2018-03-13 00:24:31

Men, DIKTATURA REJIMININ UZUN MUDDET HOKMRANLIQINI, Afrikada - oz olkemde, YEGANE PREZIDENT kimi, TEMIN ETMISHEM ve "REKORD QINESS"- in FEXRI UZVUYEM... Azerbaycan hakimiyyeti UZUN MUDDET , menim "TECRUBEMDEN" AKTIV ISTIFADE EDIR, ve sizin yazdiqiniz sozler : "...Dünya Şöhrətli Prezidentimizin işgüzar nüfuzuna...", chox TEECCUBLUDUR ve bu sozler chox QERIBE SESLENIR... DIKTATURA REJIMIM olkemde DEVRILDI, sizin hakimiyyete MESLEHET EDIREM, YALNIZ OZ XALQINIZA XIDMET EDIN, EKS HALDA...!

RAMIZ 2018-03-13 00:24:31

VAHİD MÜƏLLİM SİZİNDƏ YAŞINIZ AZ DEYİL.

omer 2018-03-13 00:24:31

Vahid muellim 60 guzewtli wertlerle pensiyaya cixan adamin yigilan pulunun 144e yox 204e bolunmesine munasibet bildirin...onda daha guzewt ne oldu?

Das 2018-03-13 00:24:31

Bu deputat .... Artur deməmişdi ki mən Azərbaycan dilinə nifrət edirəm ona görə də öyrənmirəm. .... səni də yəqin o necə dəfə deputat təyin etdirib. ...

Tofiq 2018-03-13 00:24:31

Gənclərin irəli çəkilməsi müsbət haldır.Amma bilikli, maraqlı həyat yolu keçmiş insanları yaşından asılı olmayaraq onların təcrübələrindən istifadə etmək mütləqdir.Elə Vahid müəllimin özü.Bu gün Parlamentdə onun qədər əhalini narahat edən məsələlərli gündəmə gətirərək praktik iş görən çox az sayda millət vəkili vardır.Onun söylədiyi fikirlərlə tam razıyam.

S.Ənvər qızı 2018-03-13 00:24:31

Azərbaycanımızın inkişafını istəyiriksə Çox gənc olmayan, təcrübəli kadrlar Nazir vəzifəsinə təyin olunmalıdırlar. Gənc nazirlər,peşəkar,təcrübəli olmadıqlarından vətəndaşların şikayətinə laqeyd yanaşırlar,saymayırlar və bu səbəbdən vətəndaşı dövlətdən narazı salma hallarına rəvac verirlər. Onların bu laqeyd hərəkətəri Dünya Şöhrətli Prezidentimizin işgüzar nüfuzuna mənfi təsir göstərir.Prezidentimizi qəlbən sevən Məmurlar Vənəndaşların şikayətlərinə obyektif baxılmalı və süründürməçilik hallarına yol vermə

matin 2018-03-13 00:24:31

.... o dediyin islahatlar hardadır. Sən də onun dalınca çıx get!

Son yazılar