Vətəndaş müharibəsində yarım milyon insan öldürülüb

Suriya İnsan Haqqları Müşahidə Təşkilatı 2011-ci ildə başlayan vətəndaş müharibəsi nəticəsində ölən insanların sayını açıqlayıb. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təşkilat bu rəqəmin 511 min nəfər olduğunu bildirib. Ölənlərdən sadəcə 350 mindən çoxunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Qətlə yetirilənlərin 85%-nin Suriya höküməti və müttəfiqləri tərəfindən öldürülən mülki vətəndaşlar olduğu bildirilir.

Hazırda Suriyada Şərqi Quta və Afrində qarşıdurmalar davam edir. Vətəndaş müharibəsi milyonlarla insanı evlərini tərk etmək məcburiyyəti ilə üz-üzə qoyub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar