BMT Rusiyanın telefon kodunu Krım üçün də tanıdı

stepmap-karte-krim-1393713_1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Beynəlxalq elektrorabitə ittifaqı (Birləşmiş Millətlər Təşkilatının (BMT) ixisaslaşmış idarəsi) Sevastopol və Krım üçün Rusiya telefon nömrələməsini tanıyıb. Rusiya kommunikasiya və rabitə naziri Nikolay Nikiforov bəyan edib ki, bu, bölgədə rabitənin sisiemli inkişafına əsas verəcək.

«Beynəlxalq elektrorabitə ittifaqı - BMT çərçivəsində bu açar təşkilat - rəsmi sənədlərdə Krımı və Sevastopolu Rusiya Federasiyasının tamməzmunlu rabitə hissəsi kimi qeyd edib. Bununla da ərazinin rabitə infrastrukturu üzərində mülkiyyət hüququ barədəki bəzi söhbətlər artıq keçmişdə qalmış oldu» - deyə, Nikiforov Krımın başçısı ilə söhbətində bildirib.

O, qeyd edib ki, yarımada Rusiyanın materik hissəsi ilə sualtı kabellərin vasitəsilə etibarlı şəkildə əlaqəlidir.

«Rusiya nömrələməsi, Rusiya tezlikləri, Rusiya interneti. Heç bir fərqlilik yoxdur - bu, təsdiqlənib. O, cümlədən, BMT səviyyəsində sənədlərlə. Bu, mühüm qərardır və rabitənin sistemli inkişafının davamı üçün əsas yaradır» - nazir bəyan edib.

Krım Respublikası və Sevastopol üçün Rusiyanın telefon kodları Beynəlxalq elektrorabitə ittifaqının operativ bülletenində 2017-ci ilin iyulunda Rusiyanın xahişi ilə dərc olunub.

Məzmunu belədir: «İnformasiya Rusiya Federasiyasının xahişi ilə dərc olunub. Bu, BEİ-nın özünün və ya katibliyinin tərəfindən bu ərazilərin statusu barədə hər-hansı fikiri nəzərdə tutmur . Elə həmin sənəddə Krım və Sevastopol üçün kodlar Ukraynaya həsr olunmuş bölmədə də var».

Buradan belə çıxır ki, Krımın və Sevastopolun eyni vaxtda 2 beynəlxalq (və şəhərlərarası) elektrorabitə kodu var.

635x100

Şərhlər

t.ədalət 2018-03-12 20:56:58

Burdan belə qənaətə gəlmək olur ki,dünyada İşğalın və qanlı müharibələrin tərəfdarı elə BMT-dir.Biz də oturub fikirləşirik ki,Dağlıq Qarabağ haqqında BMT-nin filan qərarları var.İndi bəlli olur ki,bu təşkilatın olmasındansa olmamağı yaxşıdır.

Abit 2018-03-12 20:56:58

Bu lap meşhur atalar sözüne benzedi " Çax çax baş ağrıdar deyirman öz işinde"

Son yazılar