Rusiya XİN: Tereza Meyin bəyanatı Britaniya parlamentində sirk şousudur

Rusiya Xarici İşlər Nazirliyində Britaniya baş naziri Tereza Beyin bəyanatını sirk şousu adlandırıblar. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin Londonda sabiq rus kəşfiyyatçısının zəhərlənməsində Rusiyanın əli olması ilə bağlı bəyanatına münasibət bildirib.

"Bu,Britaniya parlamentində sirk şousudur. Nəticə aydındır: təxribata əsaslanan növbəti informasiya-siyasi kampaniya. Yeni nağıllar uydurmaqdansa, qoy, Krallıqda kimsə bundan qabaq ki işlərin (FTX-nın keçmiş zabiti Aleksandr Litvinenko, oliqarx Boris Berezovski) aqibətinin necə olduğu barədə danışsın”-, deyə M.Zaxarova qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Tereza Mey Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsində əli olmaqda ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar