Mərkəzi Dənizçilər Xəstəxanasının idarəetmə forması dəyişdiriləcək

Dərc olunub: 13/03/2018 - 11:20

merkezi_denizciler_xestexanasi_bina_130318“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Mərkəzi Dənizçilər Xəstəxanasının idarəetmə formasının dəyişdirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, hazırda Azərbaycanda bir necə müəssisənin səhmdar cəmiyyətə çevrilməsi üçün işlər aparılır.

Mərkəzi Dənizçilər Xəstəxanasının, eləcə də “Azneftkimyamaş” ASC-nin “Səbail Maşınqayırma zavodu”, “Bakı neft maşınqayırma zavodu”, “Bakı fəhləsi maşınqayırma zavodu”, “Suraxanı maşınqayırma zavodu”, “Bakı fəhləsi maşınqayırma zavodu”, “Suraxanı maşınqayırma zavodu” və “Bakı neftqazmədən avadanlıqları zavodu” törəmə müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi ilə əlaqədar artıq müvafiq sənədlərin hazırlanması işləri yekunlaşdırılıb. Eyni zamanda, əsas vəsaitlərin ilkin mərhələdə qiymətləndirilməsi başa çatdırılıb.


loading...




Fikrinizi bildirin