Azərbaycanda sistem əhəmiyyətli banklara nəzarət qrupu yaradılacaq

Azərbaycanda sistem əhəmiyyətli banklara daha intensiv nəzarətin həyata keçirilməsi istiqamətində nəzarət qrupunun müəyyən edilməsi nəzərdə tutulur.

Bu barədə "APA-Economics"ə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib. MBNP-dən bildirilib ki, Palata daxilində nəzarət və hesabatlıq çərçivəsinin müəyyən olunması və bu banklarda "qanuni təmsilçilik" mexanizminin formalaşdırılması planlaşdırılır.

MBNP-dən onu da vurğulayıblar ki, kredit büroları ilə bağlı normativ aktlar qəbul edilib və Palata tərəfindən nəzarət çərçivəsi müəyyən edilib.

"Həmçinin, valyuta tənzimi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklərdən sonra mübadilə məntəqələrinin fəaliyyətini tənzimləyən qaydalar təsdiq edilib və mübadilə məntəqələrinin fəaliyyətinin əsaslarını müəyyən edən normativ baza yaradılıb", - deyə məlumatda vurğulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar