QAÇIN, MİRŞAHİN GƏLİR...

Etibar EliyevEtibar ƏLİYEV

Camaatımızın qulağı Mirşahinin səsindən dincəlmişdi. Deyilənlərə görə o, yeni telekanalla mavi ekranda görüşümüzə gəlir.

Nuşirəvan müəllimi sağ olsun, bizə 1 il 8 ay dinclik verdi. Mirşahin müəllim yeni televiziya yaradarkən məncə bir məsələ barədə düşünməliydi: ümumiyyətlə, camaatımızın yeni televiziyaya ehtiyacı var idimı? Əsla yox! Bizim televiziyaların hamısı bir-birinə oxşayır. Veriliş aparmayan müğənni qalmayıb. Nə yaxşı ki, Vaqif Mustafayev bunların içərisində kreativ düşüncəyə malik televiziya sahibidir. Tamaşaçılar hər bazar ondan köhnə hind filmi gözləyir. Bu boşluğu da Vaqif müəllim doldurursa, onda təzədən Mirşahinə nə ehtiyac var idi? Özü bunu ətraflı izah edib: “Bəli, qayıdir Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh, daha doğrusu şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən, əlbəttə, dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə ... sevəcəm!!!

Görün nə qədər kinlidir. Adamın içi o qədər qaynayır ki, heç ilk efir gününü gözləməyə belə səbri çatmadı.

Səhv etmirəmsə, Mussolininin fikridir: “Kimdə nəsə inkişaf edəndə, məndə nəsə ölür”. Görün 1 il 8 ayda nələr ölüb bu adamda. Adam elə bil ki, fil qulağında yatıb, xəbərsizdir ki, açıb ortaya qoyulası adam və təşkilat qalmayıb. Milli Şura, Müsavat və Xalq Cəbhəsi partiyaları iflic vəziyyətindədir. Əli Kərimlidən Elşən Musayevlə, Niyaməddin Orduxanlı o qədər yazıblar ki, 1 il 8 ay heç kim yazmasa, göstərməsə, bəsidir. İsa Qəmbər xəstədir, Pənah Hüseyn siyasətdən kənarlaşıb. Deputatlar Fəzail Ağamalı ilə Fəzail İbrahimli dalaşıb qurtarıblar. Hansısa məmuru tənqid edən kimi (edə bilsə) isə Nuşirəvan kəsəcək başının üstünü... Qalır qondarma “mühacirlər”. Onlar da danışdıqca öz-özlərini ifşa edirlər.

Mirşahin elə həmən Mirşahindir. İfadələrinə diqqət edin: “Ünvanıma ulaşanlar, “ana və bacınızı söyməyəcəm, sadəcə ... sevəcəm ”, “sizinlə savaşanların önündə olacam” və s.

Tanınmış psixoloq Qreqori Beytsonun maraqlı bir fikri yadıma düşdü: “Belə bir hipoteza var ki, insanda birmənalı olmayan situasiyalarda şizofreniya simptomları əmələ gələ bilər”.

Məncə bu hipotezanın ictimai həyatımızda çox görünən insanlarda özünü təsdiqləməsi təhlükəli haldır. Təcrid olunmalıdırlar...

Dünya tamam dəyişib. İndi ölkə vətəndaşlarının daha çox intellektual və maraqlı verilişlər hazırlayan telekanala ehtiyacı var. Azərbaycan vətəndaşlarının əksəriyyəti həmin kanalları əsasən Rusiya, Türkiyə və başqa ölkələrin televiziyaları arasından axtarırlar. Gözlər İctimai Televiziyaya dikilmişdi. Ancaq Cəmil Quliyev “Epitemey” təfəkkürü ilə bunu bacara bilməzdi.

Bunu etmək lazımdır, cənab Ağayev! Yoxsa, ay gəlirəm qaçın deyib, kimisə qorxutmaqla özünüzə olan nifrəti daha da dərinləşdirməkdən başqa heç nə əldə edə bilməyəcəksiniz.

635x100

Şərhlər

Dr.AGAOGLU 2018-03-13 12:03:11

Mirsahin hecyana getmemisdir ki,indide qayidib gele.Genetik qurulusuna gore oturub sifaris gozleyirdi ve qisa bir muddetde sifaris geldi, isini de hazirlayib verdiler,oda sifarisin icrasina jurnalistliyini tebii varligina uygunlasdirmaqla, huquqi mesuliyyetden ve Nusirevan nezaretinden qurtularaq,artiq azad sekilde BASLADI.

MEHERREM 2018-03-13 12:03:11

DEYELI FIKIRLERINIZE GORE SAG OLUN ETIBAR MUELLIM

Das 2018-03-13 12:03:11

MRrr şahinin səviyyəsi, tərbiyəsi və əxlaqı heç vaxt bundan artıq ola bilməz. İndi başqa saytda oxudum, doğurdan da bu gedə, teleməkanında kanalizasiya döndərən əsas .... Onu bu məkana buraxan ......

Elçin-jurnalistə-zurnaçıya 2018-03-13 12:03:11

Yaltaqlananda heç olmasa elə adama yaltaqlan ki,bir dəyəri olsun.Mİrşahin ANS-də son vaxtlar özünün kimliyini və "istedadını" göstərdi və onun üzündən kanal qapadıldı.Bunu ki,hamı bilir.İndi durmusan ona yaltaqlanırsan.Sən hələ bilmirsən ki, yaltaqlıq insan üçün müsbət keyfiyyət sayılmır? Eyni tipli ,eyni məzmun dalınca qaçan televiziyalardan millət artıq əcnəbi anallara üz tutduğundan xəbərin yoxdur?

Das 2018-03-13 12:03:11

Mən başa düşmədim, siz mrrrr şahının vəkilisizniz, yoxsa başqa bir məqsədlisiz, sizin sayt da mrrr şahın kimisinin quludur. Niyə o .... bütün milləti təhqir etməsinə necə dozursuz. O ......

Das 2018-03-13 12:03:11

MRrr şahın... yerində olmayan birisidir. O ki, qaldı sevgi məsələsinə, getsin ...

Məhəmməd 2018-03-13 12:03:11

Etibar müəllimin yazılarını oxuyur və paylaşıram....Onun yazıları məntiq.məna və aktuallığı ilə fərqlənir...Ona İTİ QƏLƏM VƏ BÖYÜK UĞURLAR!!!!!!!!!!......

Muhendis 2018-03-13 12:03:11

Ay camaat bu Mirsahin lap .... ki, 10 milyonluq xalqi tehqir edir?Qisasi O,bu sozlerle oz basini kesdi.Demeli bedbext imis.He bir de onun terefini saxlayanlar Mirsahinin ana baci soyusu birinci Sizi tutur haaa.

Xanlar 2018-03-13 12:03:11

Etibar bey opurem seni senin diline qurban olum Necede bizim ureklerimiz birdi Her senin yazini oxuyanda istiyirem seni bagrima basam bir qardas kimi Sen bu milletin qaymagisan Hormetle seni seven insan Xanlar

TURAN 2018-03-13 12:03:11

Mirşahin kimi jurnalistlərin fəaliyyətinin nəticəsidir ki,Azərbaycanın televiziya proqramlarına cox az adam baxır.Nə qədər cec deyil xalqdan yazdıqlarına görə üzr istə.Həzrəti Adəm peyğəmbər (ə.s.s) deyib ki,hər işi görmək istəsəniz,əvvəl aqibətinə baxın.Mən əgər ağıllı düşünən olsaydım bu müsibətə dücar olmazdım.

elcin -jurnalist 2018-03-13 12:03:11

Mirsahin Azerbaycana tele jurnalistikasina yeni nefes-cecaret-haqsizliqa qarsi qetiyyet gostermek numunesi getirmis pesekardir gurnalistdir. Sexsen jurnalistika fakultesinin az- cox hormeti ve nufuzu varsa bu mehz Mirsahinin istedadi va cesaretinden qaynaqlanir. Mirsahin az jurnalistikasina ele cekilisler bexs edibdir ki bu gun onlar olmasaydi jurnalistikanin arxivinde bir bosluq yaranardi. Onun eleyhine danisanlar ise tamamile haqsiz ve qerezlidirler. Men sexsen Mirsahinin ele cetin ve tehlukeli kadr cek

elcin -jurnalist 2018-03-13 12:03:11

men Mirsahinin ele tehlukeli yerlerden cekilislerini gohmusem ki- hec BBC-nun El-Cezirenin emekdaslariindiyedek bunu bacarmayiblar. Mirsahin sene uqurlar- sen telejurnalistikada ilklere imza atankardan birincisisen. Senin arxandayiq

AAgahuseyn 2018-03-13 12:03:11

mirşahin MİR sənin gözünə girsin. Hec utanmadın 10 milyon insan .... Sənə buda azdır.sənə rəhmətlik MM-də ad qoydu .......

Müfəttiş 2018-03-13 12:03:11

Indi qeydiyyatına icazə verilən TV-lərə, etalon kimi Lider və AzTV-ni göstərirlər, yəni onlar kimi işləyin. Ona görə də Real TV-nin fərqli olacağına inanmaq ən azı sadəlövhlükdür. Mirşahin də özünə hörmət qoyub bu işə getməsə daha urvatlı olardı...

Elçindən 1-ə cavab 2018-03-13 12:03:11

Qardaş hoqqabazlığın, sabunla yağlanmanın,təlxəkliyin, yaltaqlıqığın, türklər demişkən yalakalığın son modern ağlının məhsulu idi bu film, eləcədə ilin adamı adlı nominasiyalı adlar! Bu işlərnən özlərinə qalxan hörmüşdülər. Amma bütün bu sürtüşmələrə baxmayaraq zamanında fatihələrini verdilər və TV kanalı bağladılar. Yəni bunlara mədəni dildə başa saldılar ki, yaltaqlıq və yalakalıq obrazlarında sizdəndə gözəl oynayan siyasi artistlərimiz var və yalnız onlar bu işdən mədət uma bilərlər. İndi bu yeni kanalda nə danışacaq bax o maraqlıdı. Ehtibar müəllim demişkən bütün mövzülar çürüdülüb.

keçmiş deputat Etibar Hüseynov bildirib: 2018-03-13 12:03:11

http://minval.info/kecmis-deputatdan-mirsahin-soyus-kimi-sozl-r-ves-baki-sevsin/17482 Keçmiş deputatdan Mirşahinə söyüş kimi sözlər: “Ves” Bakı sevsin… Bakı. 13 mart. Minval.info / “Zaman göstərdi ki, ötən iki il erzinde Mirşahin qətiyyən ağıllanmayıb”. Minval.info xəbər verir ki, bu sözləri keçmiş deputat Etibar Hüseynov bildirib. Onun sözlərinə görə, bu ağılın sahibinə TV etibar etmək, meymunun əline avtomat vermək kimi bir şeydir: “Bunu yaddaşınızın yaxın küncünə fiksə edin. Buradan Miriyə trolluq eləyenlərə də üz tutub deyirəm: Əgər Mirşahinin dediyi “sizin ana və bacılarınızı…sevəcəm” – ifadəsi söyüş deyilsə, onda “ves” Bakı da sevsin Mirişin ana-bacısını…” Xatırladaq ki, telejurnalist Mirşahin Ağayev sosial şəbəkədə yazdığı rəylə sərt reaksiyaya tuş gəlib. Buna görə onun ünvanına təhqir dolu sözlər işlədiblər.

surxay 2018-03-13 12:03:11

İlk öncə qısaca da olsa vurğulayım ki,Etibar müəllimin bütün fikirlərinə qatılıram,çünki onlarda həqiqət payı böyükdür.Hesab edirəm ki,bu yerdə təfərrüata varmağa belə ehtiyac qalmır,çünki yazıda müfəssəl və çox yönümlü bütün fikirlər öz əksini tapıb.O ki,qaldı ANS-in sözünü deyən tele kanal olmağına,bəli ANS vaxtında sözünü də deyib,simasını da göstərib,devizini də əldə bayraq kimi şüara çevirə bilib.Ancaq zaman keçdikcə ANS və başbilənləri qətrə-qətrə qazandıqlarını elə sürətlə xərclədilər ki,bir də ayıldılar ki,ANS-in ancaq adı qalıb…

anara 2018-03-13 12:03:11

bos bos danisma sen kimsen ki o yekelikde akademiki ULU ONDERIMIZIN qardasini seviyyesiz adlandirirsan ...

Anar 2018-03-13 12:03:11

Mir Şahini aşağılamaq gözdən salmağa çalışmaqla nəyə nail olmaq istəyirsiz?Ans sözünü demiş bir kanal olub və xeyli sayda izləyicisi var idi.Umid edirəm "Real"-da seviləcək və digər kanallardan seçiləcək. Bir akademik efirdə ağzına gələni söyləməklə öz səviyyəsini nümayiş etdirdi bəziləri də bu yolla gedir. Bir az özünüzə hörmət qoyun!MirŞahini təhqir edənlərə gözəl cavab verib ;söyməyəcəm sevəcəm deyərək.

ayzek 2018-03-13 12:03:11

ELƏ CAYIL İDİSƏ VAXTINDA RƏHMƏTLİK AKADEMİLİN CAVABINI VERƏRDİ.

t.ədalət 2018-03-13 12:03:11

Mir Şahin qisas deyəndə,əlbəttə,yəqin ki hökuməti və sayın Ərdoğanı nəzərdə tutur.Camaat onu qapatmamışdı ki,camaatdan qisas alsın.Ölkənin ideoloji sözçüsü bu məsələdə fikrini bildirməlidir.Eşitdiyimizə görə Nurçuluğun təbliğinə görə hakimiyyət ANS-i susdurmuşdu.Amma anlamaq olmur ki,Mir Şahini "susduran" hakimiyyət necə oldu ki,təzədən ona tribuna verdi?Deyirlər ki,guya,bu işdə A.Paşazadənin barmağı var.İrançılıq,irançılıq..

Mirzə AĞ 2018-03-13 12:03:11

Bu yabançı məxluq televiziya açıb, efirindən "Sizin ana və bacınızı... sevim!" - deyib, bağıranda da görəsən, qəflət yuxusuna getmiş bu millət ayılmayacaq?! Günah bunda deyil, buna lisenziya verəndədir...

Ağstafa 2018-03-13 12:03:11

Allah C.Eliyeve rehmet elesin.Müdrik adam imiş

Bashirov Qarib 2018-03-13 12:03:11

Tehsil problemlerinden tutmush, meishet meselelerine qeder butun yazilarinizi oxumusham.Hamisi da durust ve qerzsiz.Bu yazinizi da cemiyyete , durust olanlara meydan oxuyan mir sahine hesr etmeniz lap yerine dushub.Mussoliniden,Beytsondan getirdiyiniz sitatlara rehmetlik akademikimizin dediklerini de elave etseydiniz mesele tam reallashardi.

2.”ANS-MİRŞAHİNLƏRİN” TARIXI QIYMƏTI: 2018-03-13 12:03:11

Akademik Cəlal Əliyevin MirŞahin haqqında tarixi çıxışı https://www.youtube.com/watch?v=mVj5tNnrb-k

1 2018-03-13 12:03:11

https://www.youtube.com/watch?v=Zh6fBCpDr4c Seçilən filmi (2008) https://www.youtube.com/watch?v=r2HTQ8opjCQ (01:23:00 dəqiqədən - 01:26:00 dəqiqəyədək)

Elsevər Ağayev 2018-03-13 12:03:11

Salam Etibar müəllim. Yazılarınıza və ekspert rəylərinizə görə Sizə təşəkkür edirəm. Sizin kimi ziyalılarımız kaş çox olaydı.

Son yazılar