Prokuror Bakıda şəhid qızını avtomobillə vurub öldürən şəxsə cəza istəyib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, R. Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonunda şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.

1975-ci il təvəllüdlü Könül Əkbərovanı 17 yaşlı Rəhim Rəhimlinin vurduğu müəyyənləşib və o, həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar