«Skripalın zəhərlənməsi ətrafında «isterika» və…» – Lavrovun reaksiyası

Dərc olunub: 13/03/2018 - 15:52

sergey-lavrov«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsi ilə Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq əməkdaşı Aleksandr Litvinenkonun zəhərlənməsi arasında paralellər axtarmağın yersiz olduğunu bəyan edib.

Diplomat qeyd edib ki, Rusiya digər dövlətlərdə aparılan təhqiqatlara dəstək verməyə həmişə hazırdır – istər Britaniyanın hansısa bir vətəndaşının zəhərlənməsi olsun, istərsə də Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkilərinə mübaxilə olunması barədə söz-söhbət olsun.

«Amma belə işləri aparmaq üçün tələm-tələsik, sübutsuz-filansız ittihamlarla televiziya ekranlarına çıxmaq yox, əldə olan kanallarla, o cümlədən, hüquq-mühafizə orqanlarının xətti ilə peşəkarcasına müraciət etmək lazımdır» – deyə, Lavrov qeyd edib.

Nazir xatırladıb ki, Litvinenkonun həlak olması məsələsinin araşdırılması zamanı da Moskva Londona öz köməyini təklif etmişdi – amma rədd cavabı almışdı.

«Bu, qeyri-ciddi davranışdır – tam mənada təşviqatdır» – Lavrov qeyd edib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Skripalın və Litvinenkonun ölüm hadisələri arasında oxşarlıq gördüyünü demişdi.

skripal01

Xatırladaq ki, martın 5-də Rusiya Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş polkovniki Sergey Skripalı və onun qızını Solsberidə (Britaniya) güclü zəhərlənmə əlamətləri ilə tapıblar. London baş verənlərlə Rusiyanın əlaqəsi olduğundan şübhələnir.

Bu arada Aleksandr Litvinenkonun dul arvadı Böyük Britaniya hökumətini bu ölkədə siyasi sığınacaq almaq istəyənlərin təhlükəsizliyini qoruya bilməməkdə ittiham edib. CNN telekanalına verdiyi müsahibədə Marina Litvinenko ərinin öldürülməsi ilə MKİ-nin sabiq polkovniki Sergey Skripala və qızına edilmiş hücum arasında oxşarlıq olduğuna barmaq tuşlayıb.

İlkin ehtimala görə, Skripal və qızı əsəb-iflic təsirli kimyəvi maddə ilə zəhərləniblər. Bu maddə ilə zəhərlənmiş 20-dən artıq adam xəstəxanaya yerləşdirilib.


loading...




Fikrinizi bildirin