Azərbaycanda dəmir yollarına investisiya qoyuluşu 5 mlrd. dollara çatdırılacaq

2010-2020-ci illər ərzində Azərbaycan dəmir yolu təsərrüfatına 5 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulub. Artıq bu vəsaitin bir hissəsi yatırılıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Hicran Valehov deyib.

O, bildirib ki, bu investisiyaları beynəlxalq maliyyə institutları ilə birlikdə qoyulur.

"Bakı-Boyük Kəsik dəmir yolu xətti yeniləndikcə elektrik sistemi sabit cərəyandan dəyişən cərəyana keçirilir. Ən uğurlu layihələrdən biri də 8,8km-lik Astara-Astara layihəsidir ki, bu zaman 82m korpü tikilib. Bu vaxta qədər 1 000-dən çox vaqon alınıb. Konteynerlərin alınması məsələsinə önəm verdiyimiz üçün bu il də bu işlərin davam etdirilməsini nəzərdə tuturuq. Artıq bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılıb".

635x100

Şərhlər

Xəqani 2018-03-13 15:50:13

Azəryolu yaman yatirdiz qaldi dəmiryolu Valeh muəllim.

Emil Suleymanov 2018-03-13 15:50:13

Ugurlar olsun,Demir yolunda olan son ugurlu islahatlar goz onundedir.Allah milletimiz ve dovletimiz ucun en yaxsini nesb etsin.

Son yazılar