MİDA-nın İdarə Heyəti sədrinə müavin təyin edilib

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.

"APA-Economics"in məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Sərəncama əsasən, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar