KAMRANIN TƏHSİL HƏYASIZLIĞI…

Dərc olunub: 13/03/2018 - 18:02

kamran

Kamrana bir vaxtlar mən də inanırdım. Operativ idi, “face”də tez-tez görünürdü, yazılanlara cavab verirdi…

Ancaq bu adam bir neçə müddətdən sonra döndü toyxana bəkçisinə. Hamamdan aborta, imtahandan kəlləpaçaya qədər hər şeydən yazmağa, yozmağa başladı.

Və getdikcə təhsil eksperti istilahını döndərdi günəmuzd xəbər ötürücüsünə.

Arada bir də görürsən ordan-burdan çırpışdırıb, öz adına çıxdığı fikirlərinin üstündə elə “Facebook”daca mərəkə qopdu.

Nə ölçüsü var, nə də ki, sözünün ritmi.

Ali təhsildən girib, peşə təhsilindən çıxır, qiymətqoymadan tutmuş, kukla aktyorunadək, hər şeyi yoza bilir.

Hər şey var, bircə şeydən başqa: ağıllı yorum, şəhadət istəyən məntiq və gündəmin həqiqi meyarı olan səbatlı inandırma!

Bu günlərdə yenə də gül vurub: 1200 məktəbli qız abort etdirib.

Soruşarlar, ay bala bunu hardan hesabladın, hansı statistikanın şinelindən çıxdı, yoxsa özün hesablamısan…

Yəqin bir müddət sonra bu bərkgedən təhsil eksperti ata olmağa hazırlaşan oğlanların da siyahısından xəbər verəcək!…

Mirzə Fətəlinin obrazlarına uyğun olaraq Kamranda öncəgörmə o qədər yaxşı inkişaf edib ki, o hər an qeybdən xəbər verə və ulduzların toqquşmasından tutmuş, Trampın idxal vergisinədək, çoxyönlü məsələləri şərh edə bilər.

Çünki o “təhsil eksperti”dir.

Dogrudanmı?

Bəs onda biz nə edək?

Əsl təhsil eksperti Bəyalı Muradverdiyev


loading...




Fikrinizi bildirin