Fələstin baş nazirini öldürməyə çalışdılar – VİDEO

Dərc olunub: 13/03/2018 - 23:02

79e2ce9433241dde8f1a81a064c6c90aFələstin baş naziri Rami Həmdallah Qəzza bölgəsinə etdiyi səfər zamanı az qala sui-qəsd qurbanı olub.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, nazirin kortecinə daxil olan maşınlardan biri partladılıb.
Hadisə yerindən çəkilmiş görüntü “Twitter”ə yerləşdirilib.
Həmdalla özü xəsarət almasa da, onun altı mühafizəçisi yaralanıb.

Fələstin tərəfi, hücumun baş nazirə qarşı sui-qəsd cəhdi olduğunu hesab edir, belə ki, terrorçular partlayıcı qurğunu kortecin keçdiyi yolun səkisinə yerləşdirib. Hadisə yerində ikinci partlayıcı qurğu da olub, lakin onun işə düşmədiyi bildirilir.
Hadisədən dərhal sonra Fələstin muxtariyyəti hücuma görə məsuliyyəti “Həmas” qruplaşmasının üzərinə yıxıb.


loading...




Fikrinizi bildirin