2 vətəndaşa məxsus 80 min manatlıq 3 əmlak hərraca çıxarılıb – Vergi borcuna görə

Dərc olunub: 14/03/2018 - 09:18

vergiler-nazirliyiVergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus bağ evi hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi Hüseyn Bayramova məxsus Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 367 nömrəli bağ evinə 41 min manat qiymət qoyulub. Əmlak satılmadığından qiyməti 20% aşağı salınaraq 40,980 min manata endirilib.

Hərracda iştirak etmək istəyənlər əmlaklara görə 4098 manat beh verməlidir.

Bundan başqa, Şirvan şəhərində Əlirza Kərimova məxsus iki qeyri-yaşayış binası da hərraca çıxarılıb. Əmlaklara 45 min və 20 min manat qiymət qoyulub. Satılmadığından qeyri-yaşayış binalarının qiyməti 40% aşağı salınaraq müvafiq olaraq 27 min və 12 min manatadək endirilib. Hərracda iştirak etmək istəyənlər hər əmlaka görə müvafiq olaraq 2700 və 1200 manat beh verməlidir.








loading...


Fikrinizi bildirin