"Ümid edirəm, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək" - Ərdoğan

Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə bu gün axşama qədər Suriyanın Afrin şəhərini nəzarətə götürə bilər.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlar toplantısında deyib. O bildirib ki, indiyə qədər Suriyanın Afrin bölgəsində 3444 PYD/YPG terrorçusu zərərsizləşdirilib: “Afrinə bir qədər də yaxınlaşdıq. Ümid edirəm ki, inşallah, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək”.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar