"KİMSƏ ÖZ TORPAQLARINI TERRORÇULARDAN TƏMİZLƏYƏ BİLMİRSƏ..." - Ərdoğan

“Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində həmin tunellər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə tikilib: “Ancaq o tunellər nəyə yaradı? Afrin şəhər mərkəzində güclü müqavimət göstərəcəyini bəyan edən terrorçular Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yaxınlaşan zaman qaçmağa başlayıblar. Suriyanın Menbic bölgəsini, Fəratın şərq sahilləri, o cümlədən İraqın şimalını terrorçulardan təmizləyəcəyik. Şimali İraqda PKK terror düşərgələrini tez-tez bombalayırıq. Yaxın vaxtlarda həmin əraziləri də tamamilə terrorçulardan təmizləyəcəyik. Kimsə öz torpaqlarını terrorçulardan təmizləyə bilmirsə, bizdən bu torpaqlarda nə etdiyimizi soruşa bilməz”.

635x100

Şərhlər

H M H 2018-03-14 13:59:26

Ərdoğan:- "Kimsə öz torpaqlarını terrorçulardan təmizləyə bilmirsə, bizdən bu torpaqlarda nə etdiyimizi soruşa bilməz”. torpağını qoruya bilməyənin adamın atsının qəbri üstündə ivan donuz otarar

X 2018-03-14 13:59:26

Biz de terorcularin elinde qalmisiq temizleye bilmirik neden bilmirem INSALLAH tezlikle Qarabagin Afrin kimitaleleyi olar

Son yazılar