"Moody’s"in Azərbaycan üzrə illik sammiti keçiriləcək
Baxiş sayı:
Dərc olunub:
14/03/2018 - 15:03
Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” may ayının 24-də Azərbaycan üzrə illik sammit keçirəcək.
“APA-Economics” agentliyə istinadən xəbər verir ki, sammitdə islahatların həyata keçirilməsində inkişaf, ölkənin kredit reytinqinə təsir edən əsas açar faktorlar müzakirə olunacaq.
Sammitdə Azərbaycanın suveren reytinqi, bank sektorunda vəziyyət, neftin qiyməti və neft sektoruna baxış mövzuları müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycanın uzunmüddətli kredit reytinqi agentlik tərəfindən “Ba2” səviyyəsində, “stabil” kimi qiymətləndirilib.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.