Azərbaycan İsraildən silah alan ölkələr arasında üçüncü olub

Dərc olunub: 14/03/2018 - 15:33

israil_army_140318Azərbaycan İsrail hərbi texnikasının ən iri alıcılarından biridir.

Trend-in məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, Azərbaycan İsraildən silah alan ölkələr arasında üçüncü yerdə qərarlaşıb:

“2017-ci ildə Azərbaycan İsraildən 137 milyon dollar həcmində hərbi texnika əldə edib. 2016-cı ildə bu rəqəm 248 milyon dollar təşkil etmişdi”.

İsraildən ən çox hərbi texnika alan ölkələr arasında ilk üçlükdə həmçinin Vyetnam və Hindistan yer alıb.

Hindistan İsraildən silah tədarük edən ən böyük alıcı sayılır. 2017-ci ildə Hindistan İsraildən 715 milyon dollar dəyərində silah alıb.

İkinci yerdə Vyetnam qərarlaşıb. Vyetnam isə 2017-ci ildə İsraildən 142 milyon dollar dəyərində silah alıb.

Qeyd edək ki, növbəti siralarda müvafiq olaraq ABŞ, Rusiya, Fransa və Almaniya qərarlaşıb.








loading...


Fikrinizi bildirin