"Rusiya bu iyrənc əmələ görə cavabdehdir" - Tereza Mey

Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb.

APA-nın xəbərinə görə, baş nazir Tereza Mey parlamentdə çıxışında bu tədbirləri elan edib.

O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul etdiklərini bildirib. O deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir. “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”, - deyə T. Mey söyləyib.

Baş nazir Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib: "Əvvəlki əlaqələr artıq mümkün deyil".

T. Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləyib. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını də əlavə edib.

635x100

Şərhlər

aicos 2018-03-14 16:54:54

1-ci Cəsus, Skripal B.Britaniyada, RF-nın xüsusi xidmət orqanları tərəfindən zəhərlənibsə, bu B.Britaniyanın xüsusi xidmət orqanlarının fəaliyyətsizliyi nəticəsintə həyata keçirilib. Bu halda, B.Britaniyanın xüsusi xidmət orqanları istefaya göndərilməlidir. 2-ci RF-nın nüfuzunu aşağı salmaq məqsədi ilə cəsus, Skripal B.Britaniyada, B.Britaniyanın xüsusi xidmət orqanları tərəfindən zəhərlənibsə və zəhərləmə proseduru səviyyəsiz formada planlaşdırılıbsa yenə də bu halda, B.Britaniyanın xüsusi xidmət orqanları istefaya göndərilməlidir. 3-cü Əgər B.Britaniya hər fəaliyyətsizliyi nəticəsində gözünün qabağına RF-nı gətirirsə, buna “Polterqeyst” deyilir. Bu halda “Polterqeyst”-lər istefaya göndərilməlidir.

Son yazılar