“PUTİN: YENİ ÇAR!” - Rusiya lideri hakimiyyət hərisidirmi?

“Putini hakimiyyətdən bərk yapışmış insan kimi göstərmək cəhdi səhvdir”

Tamamilə bəlli səbəblərə görə Vladimir Putinin dünyada ən nüfuzlu və qorxulu siyasi liderə çevrilməsi xronikası son bir neçə gündür ki, xüsusi əhəmiyyət daşımağa başlayıb. ”BBC”-nin çəkdiyi “Putin-yeni çar” sənədli filmi Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində nümayiş etdirilir. Gələn həftə keçiriləcək seçkiləri Putindən başqa hamı saxta bir oyun hesab edir.

Rusiya kəşfiyyatının keçmiş polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsinin arxasında məhz Rusiyanın durması şübhələrinin fonunda, Putini Bond filmlərindəki kimi real dünyanın şər qüvvəsi kimi təsvir etməyə cəhd göstərmək, sənədli televiziya filminin dar parametrləri çərçivəsindən çıxır.

Bu hadisə real dünyada oynanılan dramın epizodlarından biri oldu və əgər Kremlin uzun neştərlərini nəzərə alsaq, onda bizim hər birimiz gec və ya tez bu dramda epizodik rol oynaya bilərik.

On il ərzində Putin rejimi ilə açıq mübarizə aparan və bu yolda həbs edilən şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov deyib: “Ona xaos lazımdır... Ona daha çox xaos lazımdır”. Keçmiş xarici işlər naziri Uilyam Heyq (Wlliam Hague) bildirib ki, Putin müharibənin yeni növünü - “genişspektrli teatr” kiberpank və başqa dövlətlərin seçkilərinə müdaxilə həyata keçirir.

Müəyyən mənada “Putin – yeni çar” filmi yaranmış vəziyyətin qurbanına çevrilib. Sergey Skripal ilə əlaqədar baş verən indiki hadisəni nəzərə alsaq, deyə bilərik ki, öz düşmənlərini təqib etməsi və onları aradan götürməsi ilə əlaqədar Rusiyaya qarşı yönəldilən ittihamlar bu filmdə çox az yer alıb.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib ki, dövlət banketlərinin birində Belarus liderinin keçmiş FTX zabiti Aleksandr Litvinenkonun 2006-cı ildə zəhərlənməsindəki məsuliyyəti Kremlin daşıması barəsində zarafatla söylədiyi sözlərə Putin adekvat reaksiya göstərə bilməmişdi.

Lakin sənədli filmi yaradanların əsl məqsədi Sankt- Peterburqdan olan və heç kimə məlum olmayan məmurun nüfuzlu yerli siyasətçi Anatoli Sobçakın diqqət mərkəzinə düşməsi və prezident vəzifəsinədək qalxmasını tarixi konteksdə göstərməkdir. Onun əvvəlki həmkarları deyirlər ki, Putin heç zaman hakimiyyət üçün can atmayıb. Amma nə vaxt ki, Putin hakimiyyət əldə etdi, bundan sonra o inanılmaz hiyləgərlik nümayiş etdirməyə başladı və çox qısa zamanda milyardlar yığaraq, öz yolundakı düşmənlərini ortadan götürdü.

Moskvada hər şeyin başqa cür olacağını öz təcrübəsi ilə ilk anlayan və Putinə qarşı açıq şəkildə çıxan Mixail Xodorkovski oldu. Xodorkovski şikayətlənirdi ki, öncədən başqa cür idi. Belə ki, Yeltsin, Qorbaçov və onun sələflərinin zəif və güclü tərəfləri vardı, lakin ümumi yekunda onlar siyasətçi idilər. Xodorkovskinin səhvi onadan ibarət idi ki, o, Putini siyasətçi hesab edirdi. Sonradan o başa düşdü ki, Putin siyasi koordinat və kriminal avtoriteti özündə cəmləyən bir insandır.

Belə ki, önümüzdəki seçkilərin nəticələri artıq bəllidir, bunu filmdə xatırlatmağa ehtiyac yox idi. Filmdə keçmiş kübar “pələngcik” Kseniya Sobçak (Putinin himayədarı Anatoli Sobçakın qızı) qısa müddətə peyda olur. Əksər analitiklər hesab edirlər ki, o, Kremlin marionetkasıdır və onun işi prosesə legitimlik donu geyindirməkdən ibarətdir.

Bu filmdə həmçinin Böyük Britaniyanın keçmiş daxili işlər naziri Cek Stro (Jack Straw) da görünür. O, Putin və Toni Bleyr haqqında deyir ki, onların hər ikisi şöhrətpərəsdir.

Filmin yaradıcılarının ən böyük səhvi onların Putini mütləq hakimiyyətə can atan bir şəxs kimi təqdim etməyə cəhd göstərmələridir. Onlar hansı səbəbdənsə pop-psixologiyaya baş vururlar: nevroloq Yan Robertson (İan Robertson) filmdə fikir irəli sürür ki, prezidentin beyni onun tutduğu vəzifənin parıltısı və atributları altında “radikal dəyişikliyə uğrayıb”.

Putinin hakimiyyətə mübtəla olması və özünü qüsursuz saymasına təəccüblə yanaşılmamalıdır. Amma Putinin hakimiyyətə dəli-divanə olması sadəcə olaraq, çox təəssüf ki, öz dövrünün ən təsirli siyasətçilərindən birinə dönmüş bir liderin portretinin zahiri parıltısını ortadan qaldırır.

(“The Telegraph”-Böyük Britaniya)

635x100

Şərhlər

G.M 2018-03-14 17:10:37

Putin haqqında hər kəsin öz fikiri var..Mənim mövqeyim isə belədir.Putini vəzifə çox da maraqlandırmır.Sadəcə Rusiyada bu gün də mövcud olan mühafizakar qüvvələrin imperiyanı bərpa etmə cəhdləri Putini və ABŞ-ı hər zaman narahat edir.Bu qüvvələr tam zərəesizləşənə kimi Kremilə nəzarəti əldə saxlamaq üçün Putin əvəzsiz ``demokratdır``.

Son yazılar