“Bu, tək Azərbaycan və Ermənistan arasındakı məsələnin həlli anlamına gəlmir”

Dərc olunub: 14/03/2018 - 18:33

bineli-yilidirm“Dağlıq Qarabağ məsələsi qanayan yaradır. Azərbaycanın bu məsələdə tamamilə haqlı olduğunu bütün millətlər, BMT, ATƏT kimi təşkilatlar qəbul edir. Guya həll etməyə də çalışırlar. Amma heç bir halda irəliləyiş əldə olunmur”.

Bunu APA-ya eksklüziv müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

B. Yıldırım bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyon insan yerindən, yurdundan didərgin düşüb: “Təbii ki, bunun belə davam etməsi mümkün deyil, heç kim bunu istəyə bilməz. Bu yaxınlarda Azərbaycan və Gürcüstan parlamentindən millət vəkilləri Türkiyəyə gəlmişdi. Xocalı qətliamının ildönümü münasibəti ilə rəsm sərgisi açıldı. Bu ibrətamiz bir şeydir. O qətliamı, vəhşiliyi unutmaq mümkün deyil. Biz əvvəl-axır Dağlıq Qarabağ məsələsinin, Azərbaycanın haqlı davasının ən uğurlu şəkildə həll ediləcəyinə inanırıq. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, bura Azərbaycanın ərazi bütövlüyünə daxildir. Bunu hər kəs qəbul edir. Hüquqi həll əvvəl-axır olacaq”.

Baş nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanla birlikdədir: “Bu məsələnin həlli tək Azərbaycan və Ermənistan arasındakı məsələnin həlli anlamına gəlmir. Bu, bütün bölgənin stabilliyi, təhlükəsizliyi üçün önəmli məsələdir”.








loading...


Fikrinizi bildirin