Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikasına baxış keçirilib – VİDEO

Dərc olunub: 14/03/2018 - 19:18

7be8f3734f9ecd05e2b8bbb42e6fe9a4Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.

Müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.


loading...




Fikrinizi bildirin