Şamaxıda 2,2 metr uzunluğunda iki gürzə öldürüldü - FOTO

Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib.

Trend-in məlumatına görə, rayonun Çöl Göylər kəndində iki gürzə peyda olub. Gürzələrin hər birinin uzunluğu 2 metr 20 santimetr olub.

Sakinlər bildirirlər ki, ilanlar heyvanların otlaq sahəsində aşkarlanıb. Həddindən artıq təhlükəli olan hər iki ilan kənd sakinləri tərəfindən öldürülüb.

Xatırladaq ki, ötən il Ağsu rayonunun Bico kəndi ərazisində də belə bir hadisə baş vermişdi.

Kənd sakinləri dağlıq ərazidə uzunluğu 2 metr 60 santimetr olan nəhəng Qafqaz gürzəsini ov tüfəngi ilə öldürmüşdülər.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-03-14 20:19:16

Azərbaycan təbiətinin bu incisini belə vəşiliklə məhv etmək olmaz. Gürzə görünüb lap yaxşı. təhlükəsizlik tədbirləri görün və Ekologiya nazirliyinin müvafiq şöbəsini məlumatlandırın gəlib tutub aparsınlar, daha məhv etmək nəyə lazım.

Son yazılar