Cəlilabadda avtomobil piyadanı vurub

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.APA-nın cənub bürosunun məlumatına görə, axşam saatlarında Abdullu kəndi ərazisində baş verən hadisə zamanı "VAZ 2107" markalı avtomobil həmin kənd sakini, 1991-ci il təvəllüdlü Əfsanə Əlimərdan qızı Quliyevanı vurub.

Müxtəlif xəsarətlər alan Ə.Quliyeva sürücü tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstəxanada ona yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar