UNEC-də TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLDİ - Fotolar

Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də “İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri” mövzusunda tələbə Elmi Konfransı keçirilib. UNEC-in  Tələbə Elmi Cəmiyyətinin və İqtisadiyyat Fakültəsinin dekanlığının təşkilatçılığı ilə keçirilən konfrans bir çox baxımdan yenilikləri ilə yadda qaldı. Belə ki, çox yüksək səviyyədə təşkil olunan Konfransda iştirak edən tələbələrin çıxışlarının tezisləri məqalə şəkilində əvvəlcədən toplanaraq, "AccessBank"ın maliyyə dəstəyi ilə çap edilmişdi. Eyni zamanda tələbələrin elmi-tədqiqat işlərinin obyektiv şəkildə qiymətləndirilməsi və mükafatlandırılması təmin olunmuşdu.  Konfrans həmçinin aparılan işlər nəticəsində UNEC-in tələbələrinin elmə marağının cox yüksək səviyyədə artırıldığını təsdiqlədi. Bunu  həm Elmi Konfransa qatılan tələbələrin sayı, həmdə onların hazırladıqları işlərin keyfiyyəti göstərirdi.

Konfransda ilk olaraq çıxış edən UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova son illərdə tələbələrin elmi-tədqiqat işlərinə artan marağını vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. O bildirdi ki, tələbələrin elmi konfranslara belə yüksək maraq göstərməsi gələcəyimizin əmin əllərdə olduğuna inam yaradır.

İqtisadiyyat fakültəsinin dekanı, Konfransın Təşkilat komitəsinin sədri dosent Asiman Quliyev UNEC təcrübəsində ilk dəfə olaraq tələbələrin elmi-tədqiqat işlərinin biznes strukturunun maliyyə vəsaiti hesabına çap edildiyini bildirib. Konfransda 70-dək tələbənin elmi-tədqiqat işlərinin təqdim olunacağını diqqətə çatdıran dekan, bu işlərin "AccessBank"ın maliyyə dəstəyi ilə çap edildiyini qeyd edib. Tələbələrin elmi fəaliyyətinə göstərdiyi dəstək üçün "AccessBank"a təşəkkür edən fakültə rəhbəri bu təşəbbüsün biznesin elmə yönəldiyinin bariz nümunəsi olduğunu vurğulayıb. O, həmçinin konfransın təşkilində əməyi olan  bütün müəllimlərəvə tələbələrə təşəkkür edib.

AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova bankın bu layihəyə məmnuniyyətlə qoşulduğunu bildirib: “Bank olaraq Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Təhsil sahəsi bu il sosial layihələrimizin əsas prioritetlərindən biri olacaq. Çünki insan kapitalına qoyulan investisiya daha gözəl gələcəyə investisiya etməkdir”

UNEC-in “Əməyin təşkili və iqtisadiyyatı” kafedrasının müdiri, professor Tofiq Quliyev də Tələbə Elmi Cəmiyyətlərii tərəfindən təşkil olunan elmi konfransların önəmindən danışıb. Bildirib ki, Tələbə Elmi Cəmiyyətlərinin vaxtaşırı belə konfranslar təşkil etməsi həm tələbələrin təhsilə və elmə marağının artmasına səbəb olur, həm də onların cəmiyyət üçün səmərəli olan ideyalarının öyrənilməsinə şərait yaradır. Professor Tofiq Quliyev müasir dövrdə  innovasiyalı iqtisadiyyatın əhəmiyyəti ilə bağlı qısa şəkildə fikirlərini bildirdikdən sonra konfrans iştirak edən tələbələrə uğurlar arzulayıb.

“İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev isə çıxışında  innovasiyalı iqtisadiyyatın perspektivlərindən bəhs edib. O da Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin daha da gücləndirilməsinin zəruri olduğunu bildirib.

Konfrans öz işini bölmələr üzrə davam etdirib. Tələbələr muasir şəraitdə iqtisadiyyatın davamlı inkişafında innovasiyanın rolu, dünyada dəyişən neft sənayesi, innovasiyaların sənaye müsəsisələrində rolu və digər aktual mövzularda maraqlı çıxışlar ediblər. Məruzələr qiymətləndirilib və hər bölmə üzrə qaliblər müəyyənləşdirilib.

Sonda "AccessBank" qaliblərə N.Qreqori Menkyunun “Ekonomiskin əsasları” kitabını və digər hədiyələri təqdim edib. Eyni zamanda, "AccessBank" UNEC-in fiziki məhdudiyyətli tələbələrinə xüsusi hədiyyələr bağışlayıb.

Eyni zamanda konfransada iştirak edən bütün tələbələrə təzislərinin cap olunduğu kitab hədiyyə olunub.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar