ABŞ-da kimya zavodunda partlayış baş verib

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kresson şəhərində baş verib.

Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.

Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar