Yakutskda «qızıl yağışı» - FOTO

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Yakutskda maraqlı hadisə baş verib - An-12 təyyarəsi havaya qalxarkən yük bölməsinin qapısı açılıb və ətrafa xeyli sayda tökmə qızıl səpələnib.

Aeroport ərazisindən və ətraf ərazidən 172 ədəd «tökmə» tapılıb. Məlumata görə, təyyarənin göyərtəsində 9 ton (21 milyard rublluq!) qızıl olub. Yükün kimə səxsus olması barədə məlumat verilmir. İstintaq komitəsi araşdırmaya başlayıb.

Yerli sakinlər baş verənləri «qızıl yağışı», «görünməmiş səxavətli attraksion», «göylərin hədiyyəsi»... adlandırırlar - onlar beləsini heç vaxt görməyiblər.

Bölgə sakinləri «qızıl qızdırma»ya tutulublar - yayılan fotolardan görünür ki, insanlar əllərində bel, qızıl tapmaq ümidilə qar içində eşələnir və qarı bellə qazıyırlar.

Amma qızıl hasilatçısı olan şirkət tökülənlərin xalis qızıl yox, qızıl-gümüş qarışığı olduğunu bildirir. Yakutskda buna inanan yoxdur.

«TASS» agentiyi təyyarədə 55 milyon dollarlıq qızıl olduğunu xəbər verir. «Nimbus» aviaşirkətinə məxsus olan bu təyyarə Çukotkadakı «Kupol» yatağından Krasnoyarska uçurmuş. O, Yakutskda yanacaq götürmək üçün eniş edibmiş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar