Sabiq deputatdan Allahşükür Paşazadəyə çağırış - "Münasibət bildirin..."

alqishSabiq YAP-çı deputat Alqış Musayev Şeyxülislam Hacı Allahşükür Paşazadəni "kənardakı bəzi şəxslərin mənəvi-əxlaqi dəyərlərimizi hədəf seçməsinə" münasibət bildirməyə çağırıb. "AzPolitika"nın məlumatına görə, A.Musayev "Facebook"  statusunda belə bir çağırış edib:

"Dövlətimiz və onun rəhbəri həmişə qafqaz müsəlmanlarının 12-ci Şeyxülislamı Allahşükür Paşazadəni müdafiə edib, ona birmənalı dəstək verib. Bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədrinə qarşı hücümlar olanda Ulu Öndərimiz xüsusi bəyanatla çıxış etmişdi. Azərbaycan prezidenti İlham Əliyev hər yerdə və hər zaman Şeyxülislamımıza xüsusi sayğı və diqqət nümayiş etdirir.

Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan bəzilərinin dövlətimizi və mənəvi-əxlaqı dəyərlərimizi hədəf seçdiyi bir vaxtda hörmətli Şeyxülislam Allahşükür Paşazadə cənablarının münasibət bildirməyi yerinə düşərdi..."

seyx_D98xhe7ndS3

635x100

Şərhlər

Mustafa 2018-03-16 00:01:15

Şeyx Həzrətlərini belə məsələlərə münasibət bildirməyə cağırmaq kommunuist yönümlü bir cağırışdır ! Bu cəmiyyətin fikrini ölkədəki vacib məsələlərdən yayındırmaqdır ! Bu məsələyə cavab bütün hallarda birmənalıdır ! ! Siz DİN-dən DTX-dan Xarici kəşfiyyat idarəsindən və Səhiyyə naziri cənab Oktay Şirəliyevdən münasibət soruşun. Bu məsələlər sırf kriminal-yolxucu virus tipli cinayət tərkibli hadisədir-onun törədiciləri Bakıda oturub bu işi idarə edən gizli məmur qruplaşmalarıdır ki-bundan milyonlar qazanırar!

muəllim 2018-03-16 00:01:15

alqis alqis sənə

Son yazılar