Səudiyyə Ərəbistanı milli nüvə proqramı qəbul edib

nuve-reaktoru«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, çərşənbə axşamı Səudiyyə Ərəbistanı (SƏ) hökuməti nüvə energetikası üzrə milli proqram qəbul edib. Bu barədə krallığın Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkədəki mikrobloqunda xəbər verilir.

Proqram nəzərdə tutur ki, «bütün nüvə fəaliyyəti beynəlxalq sazişlər çərçivəsində yalnız dinc məqsədlərə xidmət edəcək».

Bundan başqa, sözügedən sənədə əsasən, Səudiyyə Ərəbistanı «atom sahəsinin şəffaflıq prinsipinə tamamilə əməl etməyə» və həm də «müstəqil requlyatorun tələblərinə uyğun olaraq, nüvə təhlükəsizliyi standartlarına əməl etməyə» hazırlaşır. Krallıq eyni zamanda, radioaktiv tullantıların utilizə olunması məsələsinin həllində ən yüksək standartlara əməl etmək öhdəliyi götürür.

Hal-hazırda krallıq iki blokdan ibarət ilk atom stansiyasının tikintisi üçün tender keçirir. Gözlənildiyi kimi, stansiyanın tikintisi üçün kontrakt 2018-ci iin axırında imzalanacaq.

Tenderdə Rusiyanın «Rosatom» şirkəti də iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar