Azərbaycanın tannmış futbol məşqçisi öldü
Baxiş sayı:
Dərc olunub:
16/03/2018 - 11:54
“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. Apasport.az saytının məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib.
Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.
Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib. Məlumatı təsdiqləyən oğlu Yusif Hacıyev atasının yarım saat əvvəl keçindiyini bildirib: "Atam xəstəxanada dünyasını dəyişdi. Keşlə qəbiristanlığında dəfn olunacaq. Yəqin ki, bu gün dəfn edəcəyik".
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.