"AĞIR PSİXONEVROLOJİ VƏZİYYƏTDƏ..." - Hacıbala Abutalıbova ittiham

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) özünün növbəti qurultayını 07 aprel 2018-ci il tarixdə “Bakı Əyləncə Mərkəzi”ndə keçirmək barədə “Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib. Partiya öz ali tədbirini Bakı Şəhər İcra Hakimiyyəti müvafiq yer ayırmaqdan imtina etdikdən sonra özəl məkanda keçirmək məcburiyyətində qalıb. 

Partiyanın mətbuat xidmətinin açıqlamasında bildirilir ki, BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib: “Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər. Hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün, qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.

BAXCP hesab edir ki, ölkə rəhbərliyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcəkdir. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”.

635x100

Şərhlər

pensioner 2018-03-16 20:26:14

Hacıbala etdiyi hərəkətlərlə mənə Lui de Fyunesin filmlərdə yaratdığı qəhrəmanları xatırladır.

Namizəd 2018-03-16 20:26:14

Nə qədər qəribə olsa da bu dəfə hacıbala düz edib.Lazım olsaydı hacıbala özü namizədliyini verərdi.

Mirzə AĞ 2018-03-16 20:26:14

Maraqlıdır, bunun psixi durunu nədən pisləşib? Bəlkə Türkiyənin Afrindəki uğurundan? O qədər pisləşib ki, Bakıda ənənəvi Novruz şənliyini də "qayçılayıb". Amma hər il may ayında Bakıda ... dövlətin milyonlarını səxavətlə... havaya sovurur!

Naxçıvanlıya əlavə 2018-03-16 20:26:14

Azərbaycanda ancaq AXC adlı partiya adında bir partiyanın olduğu,məhsul stadionunda arabir nəticəsi olmasa da mitinqlər təşkil etdiyi duyulur.Bəs bu hansı Ümumi AXC-dir ki, bir dəfə də olsun ictimaiyyətə çıxmayıb.Belə fəaliyytsiz,üzvlərsiz partiya nə "qurultay" keçirmək istəyir ki? .....

rasim 2018-03-16 20:26:14

Hesab edirlər ki, Hacıbalada bu durum general Lebedin ona verdiyi işgəncələrdən sonra əmələ gəlib. ..... Qüdrət müəllimin ümumiyyətlə Hacıbaladan şikayət etməyə haqqı yoxdur. Milli Məclisin hansısa iclasında Hacıalanın isirahətə göndərilməsi məsələsini qaldırıb? Heç birində! Onda bu Hacıbaladan nə istəyir? 7 il bundan qabaq pensiya yaşına çatmış, 72 yaşlı bu məzəli adamdan niyə əl çəkmirsiniz?

Ramiz Vəliyev 2018-03-16 20:26:14

BŞİH-nin cavabı əsaslıdı.....Azərbaycan xalqına heç bir təsiri və mənası olmadığından belə "qurultay" a nə ehtiyac var ki? Əgər bu faktlarla razı deyillrsə,nə zaman,harada, nə mövzuda milləti toplayıb mitinq keçirib, hansı planlarının xalqa bəlli olduğunu göstərsinlər

Hacı Nuh 2018-03-16 20:26:14

Partiyalar və səlahiyyətlilər nədən, HEYDƏR ƏLİYEV sarayını və Azadlıq meydanını unudublar? Biri qapalı, digəri açıq. Yoxsa, .... Qarabağ kimi azərbaycanlılara yasaq edib və ya QLOBAL icarəyə götürüblər?

Ayzek 2018-03-16 20:26:14

Ordubadda şagirdləri ilə aşıq-aşıq oynayan adamı gətirib bu boyda şəhərə başçı qoyanda belə də olmalı idi da bə.

babek 2018-03-16 20:26:14

.............seni kim cagirib Bakiya?

G.M 2018-03-16 20:26:14

BAXCP ,YAP-ın ``müxalifət`` qanadıdır.Onlar da qurultaylarını YAP-la eyni vaxtda,eyni binada keçirtsinlər də.Vaxt və izafi xərc itkisinə nə ehtiyac var ki.abutalıbov belə şeyləri çox düzgün anlayır.

naxçıvanlı 2018-03-16 20:26:14

Fəsil dəyişmələri zamanı paranoidal-şizofreniya xəstəliyi kəskinləşir. Diqqət yetirsəniz görərsiniz ki, bütün qeyri-adi hadisələr bu dövrlərdə baş verib. "Twenty six" kafesi belə dövlərin birində dağıdılıb, belə dövlərin birində jurnalistlər arx açmağa dəvət olunub, belə dövrlərin birində "Azərbaycanda bir kişi var, oda İlham Əliyevdir" cümləsi səslənib və s. Yuxarılar da adət edib özbaşınalıqlara, aşağılar da! Yuxarılar, "başı xarabdır" deyib, qəh-qəh çəkirlər, aşağılar isə zülm. Kimə deyəsən! Nə deyəsən!

t.ədalət 2018-03-16 20:26:14

Hacıbalanın şəklinə baxanda,vaxtı ilə "Əlincə" təşkilatında baş verən bir hadisə yadıma düşür.Cəmiyyətin xeyriyyə yığıncaqlarının birində hamı oturub dondurma yeyirmiş.Bir nəfərin isə pulu olmadığına görə gözü dondurma yeyənlərin ağzında qalıbmış.Bu vaxt cəmiyyətin yığıncağına qatılmaq istəyən hörmətli bir şəxs bu mənzərəni görür və cibindən bir dəst elan vərəqi çıxarıb üstünə də bir abbası "yol pulu" qoyub verir ki, apar divarlara yapışdır.Həmin adam tələsik otaqdan çıxıb abbasıya bir dondurma alıb yeyir

Filosof 2018-03-16 20:26:14

Yeqin Teharan weherinin merine muraciet etmek lazimdir )))

rasim 2018-03-16 20:26:14

1.Hacıbala Kommunist partiyasının üzvü olub. Aktiv siyasi fəaliyyətə Xalq Cəbhəsinin ekstremist qanadının fəalı kimi başlayıb. Sonra Mütəllibov tərəfdarı olub və onu təbliğ edib. Xalq Cəbhəsi Hakimiyyətə gələndə bu xarabçılığına görə ona iş verməyib. Cəbhədən inciyən Hacıbala Heydər Əliyev hərəkatına qoşulub. Vəzifəni ona Rəfail Allahverdiyev verdirib. Altı ildən sonra R.Allahverdiyevi işdən çıxartdırıb, yerinə keçib. 2003-2006-cı illərdə vəziyyəti ağır olub. Vəziyyəti düzəltmək üçün Nərminə İsaqovadan xahiş edib..

Bem 2018-03-16 20:26:14

....Oyunun olsun ...

Bashirov Qarib 2018-03-16 20:26:14

Özunu həm muxalifət adlandirirsan, həm YAP-a rəva bilinənləri umursan.Agsaqqal adama agır psixonevroloyi deyirsen. Guya bilmirsen ki, muxalifetchilere heç şadliq saraylarında övladlarına toy etməyə imkan vermirlər ....

NNNN 2018-03-16 20:26:14

....Müxalifət olaraq ortada görünməyən partiya kimə və nəyə xidmət etdiyi göz ünündə olmadığından bunların müxalifətliyini görən olubmu?Ayıb!

Son yazılar