Hələlik «xaltura»dır! - Qisasa hazırlıq gedir?

Necə oldusa, bu gün səhər saatlarında ekran qaşısına oturdum və yekəlik olmasın, yerli televiziyalardan birini seyr etmək istədim. Efir ünvanları sırasında nə görsəm yaxşıdır? - «Real TV». «Yanlış da bir naxışdır» deyib, düyməni basdım və təxminən (və demək olar, zorən!) bir saat ərzində seyrçi oldum...

Cənab Ağayevin son «bəyanatı» ilə tanış idim. Maraqlandım - görək, bu cənab «düşmən»lərinin ana və bacısını nə sayaq «sevəcək»? Axı söz vermişdi ki, qisası bu yolla alacaq...

Fəqət... gördüyüm yalnız köhnə «xlam»ın montaj edilmiş zəhlətökən təkrarı oldu! Hər zaman peşəkarlıqdan dəm vuran şəxsin yeni telekanalı bu imiş, yahu?! Heç nə...

Amma yox, görünür, özündərazı televizyonçu döyüşqabağı «yayındırıcı və nəfəsverici hərbi təlim keçir» - ana və bacıları sevməyə hazırlıq görür! Lisenziyanı da məhz buna görə alıb, onlar da veriblər...

Hər nə deyirlər, qoy desinlər, hələlik «Real TV»-dən əsər-əlamət yoxdur - əvəzində, mövqesiz seyrçilər üçün «XALTURA» var...

Seyrçi mövqeyindən - Mirzə AĞ

635x100

Şərhlər

vidadi goyce 2018-03-16 21:54:36

m.shahin harada ishlesede,ferqi yoxdur damgasi adina yazilib.

ilqar 2018-03-16 21:54:36

ey dost bunlari arasdirin deqiq korunecek ki bunlar kimdi

Anar 2018-03-16 21:54:36

Mirzə əfəndiləri 1 saat televiziyaya baxır və birdən görür bu kanal "Real" tv -dir.Sanki böyük günah etmiş kimi tez kanalı dəyişib burada ürəyindən keçənləri paylaşır.Bütün bunlar sadəcə paxıllığın,göz götürməməzliyin əlamətidir. İnsan bir xeyirli olsun deyər uğur arzulayar.Amma harada.paxır basmış bu ürəklərdə o gözəl hisslər çoxdan ölüb

t.ədalət 2018-03-16 21:54:36

Mən də elə-belə baxdım.Kanalın hörmətini qaldırmaq üçün dövlət rəsmiləri ekrana çıxmaq üçün növbəyə durmuşdular.Təki,axırı xeyir olsun..

NURəddin 2018-03-16 21:54:36

AY MİRZƏ, GÖR ÖMÜRÜNDƏN BİR SAATI KİMƏ XƏRCLƏMİSƏN?

Bashirov Qarib 2018-03-16 21:54:36

Camaatin ana- bacisini nece sevecek,camaat da onun ana bacisini nece sevecek, yaqin ki, bilinecek.

Son yazılar