"VERMƏYİBLƏR, GÖTÜRÜBLƏR..." - Spikerdən dollar krediti açıqlaması

oqtay-esedov21“Azərbaycanda dollarla olan kreditlər üzrə yaranan problemlərin həlli məsələsinə baxılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında hökumətin hesabatı zamanı deyib.

Bəzi deputatlar bölgələrdə əhalinin dollarla olan kreditlər üzrə yaranmış vəziyyətlə bağlı narahatlığını çatdırıb. O. Əsədov bildirib ki, məsələyə baxılır, amma bəzən bu məsələ süni olaraq qızışdırılır: “Bunu elə deyirsiniz ki, məsələni daha da qızışdırırsınız. Yəni deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib".

635x100

Şərhlər

sual 2018-03-16 21:55:36

Özəl banklar Ölkə hökuməti və ya dövlət bankı deyil...)))) onlar bilirlərki, riskləri vaxtında və düzgün qiymətləndirməsələr – müflis olacaqlar. Ölkə hökuməti və dövlət bankında isə arxayındırlarki vəsaitlər çatmasa, itkilər olsa bunu dövlət öz strateji resurslarında ödəyəcək...)))) Banklar ilk növbədə riskləri qiymətləndirir və bilirlərki, düzgün qiymətləndirilməmiş risk, ən yaxşı halda, müflisləşməkdir. Nə üçün 2014-cü ilin ikinci yarısı ən yüksək səviyyədə deyiləndiki, biz manatın səviyyəsini sabit saxlayaçağıq ağıllı banklar intensiv surətdə aktivlərini dollarlaşdırırdılar??? Çünki adi məntiq var və göz görmək üçün verilib... neft gəlirlərindən yüksək drəcədə asılı olan ölkədə gəlirlər sürətlə azalırsa bu şəraitdə məzənnə sabit qala bilməz (ən azı uzun müddət)

Akif 2018-03-16 21:55:36

Oqtay Əsədov, daim yalan danışmağı öyrənib. Məmur korpusu sadə vətəndaşlardan fərqli olaraq rüşvət və korrupsiya vasitəsilə milyonlarla vəsait toöıamışlar və ona görə də onları xalqın taleyi maraqlandırmır.

Bəhram Qarabağlı 2018-03-16 21:55:36

Hacı İbrahimin dəniz tikintisini də dayandırıblar. Söz var-"Verirlərsə ye, döyürlərsə qaç! Sabah nə olacaq ulu tanrı bilər?" Rəqəmlər yalan-doğrumu bilmirəm? Biz-50 milyonluq azərbaycanlılar, 100 ildir sayı heç 15 milyona çatmayan hayların daşnak siyasətindən hara qaçırıq bilinmir? Kredit də üç respublikada əldən buraxdığımız torpaqlar kimi!???

YELPELEK 2018-03-16 21:55:36

DOVLET KIMI CEZALANDIRACAQ,ANALOQU OLMAYAN DOVLETDE YAWAYIRIQ..

X 2018-03-16 21:55:36

Allahim bu qeder de olar.....İcimden o qeder sozler kecmesine regmen soz tapmiram yazmaga

G.M 2018-03-16 21:55:36

Yoox,Cənab Oxtay mallım səhviniz var.Şəxsən mən 2014-cü ildə Beynəlxalq Bankdan Kredit götürmək istədim..ancaq təkidlə bildirdilər ki,ancaq bunu dollarla verə bilərlər.

Borc icinde boqulan. 2018-03-16 21:55:36

Allaha dua edecem ki sen de menim gunume qalasan ay Oktay kishi.

Suç keçisi 2018-03-16 21:55:36

Müstəqil dövləlitin atributlarından biri də milli valyuta olan manatdır. Qanuna görə bütün rəsmi hesablaşmalar manatla apaılmalıdır. Vətəndaşların çarəsiz durumundan istifadə edib dollarla kriditlər verəsən və sonra da devolivasiya edərək onları pis günə qoyararaq yüksək tiribunadan onu borclu çıxardasan. Əlladır...Sonrada deyirlər biz müstəqil dövlətik.....

hərbi pensiyaçı 2018-03-16 21:55:36

Hörmətli Oktay müəllim.Sizin əməkdaşların Sizə veriyi məlumat qeyri-səmimidir. Mənə şəxsən dollar kreditini məcbur veriblər.bank qarşımda qəti şərt qoydu: ya dollarla götürməlisən yada xoş getdin. Bəli vətəndaşı dilemma qarşısında qoyub banklar. Çıxılmaz vəziyyətə düşən vətəndaşı ehtiyac öz ziyanına olan hərəkətə belə vadar edir. Konstitusiyaya görə Azərbaycanda yeganə tədavül vasitəsi manatdır. Ancaq banklar cəzasızlığa tam arxyın olaraq Konstitusiyanı pozublar. buna görə dövlət bankları cəzalandırmalıdır.

surxay 2018-03-16 21:55:36

Bəli,krediti manatla vermək istəyən bankı təhdid edib,məcbur etmişik ki,krediti bizə dollarla versin.Özü də ,həmin məbləğin üç qatını ödəməli olacağımızı bilə-bilə.Bəs necə bz beləyik,varlığa nə darlıq.Görünür bir yandan bankın qoyduğu astronomik faizi,bir yandan da kreditin dolların qanadlarında astronomik sürətlə fəzaya uçuşunda da yeganə günahkarlar çıxış yolunu özünü qəsddə görüb,intihar edənlərdədir,niyə onlar vaxtında banka təzyiq edib krediti manatla yox dollarla götürürdülər.Bu yerdə söz tapa bilmir

Şamaxılı 2018-03-16 21:55:36

Oqtay müəllim açıq de görək sənin bankının adı nədir? Bu banklar dolların sürətlə artmasından külli miqdaeda vəsait mənimsədi.Unutma ki sən isə o dollarla kredit götürən vətəndaşlar səs verərək fəaliyyətinə əsas verilən qurumun rəhbərisən.Heç olmasa belə çıxışlarla xeyirxahlıq etmək istəyənlərə badalaq vurma.O parlamentdə olan deputat oxumuşkən...İNSAF DA YAXŞI ŞEYDİ...

Bashirov Qarib 2018-03-16 21:55:36

Bir arashdirin,gorersiniz ki, ekser kreditler xestexanalara xerclenib.Xeste sahibi dollar goturmeye mecbur olub, chunki, banklar manatla kredit vermekden imtina edibler.Sonra da dollar mezennesini hokumet qaldiraraq, milyardlarla vesait elde edibler.Hemin vesaitlerden , 250 milyon ayrilmayib ki, camaati zulmden, intiharlardan qurtarsinlar.Banklar da sizin, hokumet de sizin, xestexanalar da sizin. Hele bir danishmaga da uzleri var.

Son yazılar