“Böyük Britaniyaya qarşı cavab qərarlarının hamısı qəbul olunub” - Zaxarova

Dərc olunub: 17/03/2018 - 00:02

zaxarovaRəsmi Londona qarşı cavab qərarlarının hamısı artıq qəbul olunub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Yaxın saatlarda olmasa da, yaxın müddət ərzində bu barədə Britaniya tərəfi məlumatlandırılacaq”, deyə M.Zaxarova qeyd edib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki S. Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib.

Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Rusiya da buna cavab olaraq britaniyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır.






loading...


Fikrinizi bildirin