SPİKERİN DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI “AÇIQ SÖHBƏTİ”... - Nə hökumətin, nə də bankların günahı varmış!

Hərdən adama elə gəlir ki, bizim məmur və deputatlar Azərbaycanda yaşamırlar, ümumiyyətlə hansısa virtual aləmdən gəliblər. Ya da bu adamlarla xalq arasında o qədər dərin uçurum var ki, qarşı tərəfdə nə baş verdiyini görmür, eşitmirlər.

Neçə ildir ki, camaat dollar kreditlərinin əlindən zinhara gəlib. Bu problemin başında duran səbəb isə təkcə manatın məzənnədən düşməsi deyil, həm də və ən əsası - bankların kreditləri Azərbaycanın milli valyutası olan manatla yox, məhz dollarla veməsidir(!). Bunu iqtisadçı da deyir, hüquqşünas da deyir, yerli ekspertlər, xarici ekspertlər, bir sözlə az-çox bu məmləkətdə baş verənlərdən xəbəri olanlar eyni fikirdədir. Kredit bəlasından ölkədən qaçan kim, intihar edən kim, məhkəmələrdə sürünən kim, ev-eşiyi əlindən alınıb, ailəsi dağılan kim və sair. Və belə bir ölkənin xalqın tribunası sayılan Milli Məclisinin sədri sanki uzun illərdir davam edən dünya turnesindən qayıtmış kimi, deyir: “Bunu elə deyirsiniz ki, məsələni daha da qızışdırırsınız. Yəni deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib”.

Yəni belə çıxır ki, camaat özü banklardan xahiş edib, yalvarıb ki, bizə krediti dollarla verin! Sonra da bu “yaşıl kağızı” 2 dəfədən artıq bahalaşdırın ki, borcumuzun faizi də üzərinə gəlməklə, 3 qatını ödəyək! Nə manatı yerdən-yerə vuran hökumətin, nə də “ya dollarla, ya da heç” deyən bankların günahı var. Nə deyəsən belə məntiqə və belə məclisə?... Sanki danışan parlamentin yox, hansısa bankın idarə heyətinin sədridir.

Uzağa getməyək, elə Oqtay Əsədovun “seçildiyi” rayonda kredit götürən iş adamından tutmuş, xəstəsini əməliyyat etdirən binəvaya qədər, kimə lazım idi dollarla verilən pul? Azərbaycanda artıq neçə illərdir ki, dollarla alış-veriş qadağan olunub, Oqtay müəllim bunu dövlətin ən yüksək məqamlarından birində təmsil olunan şəxs kimi bilmirmi? Axı iş adamı aldığı tikinti materialından tutmuş yanacağa qədər - hər şeyin pulunu manatla verib. Həkim də pulu manatla alıb, məmur da rüşvəti manatla götürüb, şadlıq evləri də, cer-cehiz satanlar da manatla işləyiblər. Belədə kimə lazım idi dollarla kredit götürmək? Əlbəttə ki, məmur-oliqarxlara məxsus banklara! O məmurlara ki, qara camaatdan fərqli olaraq, hələ devalvasiyalardan çox-çox əvvəl manatı gözləyən təhlükədən xəbərdar idilər və bu proseslərdən külli miqdarda qazanc əldə etdilər. Təkcə Beynəlxalq Bank ətrafında baş verənlərdən sonra hökumət üzvlərindən parlament təmsilçilərinə qədər, kimsənin danışmağa üzü olmamalıdır. Ancaq bunlar danışmaq bir tərəfə, onsuz da acınacaqlı duruma düşmüş insanların hislərilə oynayır, qıcıqlandırırlar.

Məntiqə baxın - əvvəlcə parlament sədri deyir ki, dollar krediti məsələsinə baxılır, yəni həll etməyə çalışırlar, sonra da anladır ki, günah banklarda yox, məhz dollarla kredit götürən camaatdadır. Yaxşı, bəs günah kredit götürənlərdədirsə, daha bu məsələnin nəyinə baxılır, Oqtay müəllim? Günahkar camaatdırsa, qoy əziyyətini də özü çəksin! Hökumətdə günah yoxdursa, bu məsələyə niyə baxılır?

Hörmətli parlament sədri hökumətin fəaliyyətini Artur Rəsizadədən yaxşı tərifləyib, böyük iqtisadi uğurlardan danışıb. Yaxşı, bəs bunun qarşılığında niyə dollar kreditləri məsələsi bu günə qədər həll olunmur, niyə bu uğurlara kölgə salınır? İndiyə qədər bu məsələyə son qoyulsaydı, nə banklar, nə də camaat zəlil günə düşməzdi.

Ümumiyyətlə, Oqtay müəllimin bütövlükdə ölkəni demirik, öz dairəsinin camaatının bu kreditlərdən çəkdiyi əziyyətdən xəbəri varmı?

Nə isə. Əslində görünən dağa bələdçi lazım deyil. Biz də Oqtay müəllim demişkən, “məsələni daha da qızışdırmaq” istəmirik, amma hörmətli spiker həmin çıxışında “açıq deyin ki...” deyə bir fikir işlədir – hər şeyi açıq demək olur ki, Oqtay müəllim?! Siz heç Zahid Orucu açıq danışmağa qoymursuz...

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Obyektiv 2018-03-17 08:36:01

"Toxun acdan ne xeberi"!.. Ayibdi ey, yeke kishidi ozu de o boyda postda.. amma, qelbsiz-qelbsiz danishigina bir bax de!.. Ne $-la guya hec manatla olan kreditleri odemek olurdu ki?!! Neche ildi camaati (dolayi sozlerle) firlada-firlada gelirsiz ki, guya problemli kreditler hell olunur amma, sonunda gorunmez %-le camaati istismar eden quldur "bankfasonlar"a vekillik edirsiniz!.. Bank pul gotutmek uchundur, nece yani gotutmeyeydiniz?! Bu "pafoslar"dansa, deye bilmezdin ki, ay "banklar" ayibdi, gozutox olun!

Hara getdiyimizi bilən var 2018-03-17 08:36:01

Nokaut!!! Sırada gələn isə nə qədər həyasız olsada yenidən ayaq üstə dura bilməz.....)))))))

Hara getdiyimizi bilən var 2018-03-17 08:36:01

Sabah inşAllah ikisinidə dağıdacam, qırmızı xətt keçilib

ismail 2018-03-17 08:36:01

Oqtay muellim babat pul yigdi Absheron suda. Bidene Oguz-Gabala neye isteyirsen deyer. Babat jakpot apardi. 2 milliardin azi bir yarisi cibine getdi. O pulnan kishi Istanbulda taksimin yarisini aldi.

Bakili 2018-03-17 08:36:01

Oqtay bu hakimiyyetin boyuk bir lekesidir. Bu Parlament ...daha cox benzeyir. Kecmish MTNnin bagli klubu.

elmar 2018-03-17 08:36:01

Bu MILLI Meclis deyil ezizlerim, bu KOLXOZDUR. Spiker lazimdir Parlamentde, KOLXOZDA ise Oqtay kimi adamlar. Ozunuzu guldurmeyin, Oqtay axi nece spiker ola biler???? Omur billah bu kishi vodoprovod ishi ile meshgul idi, Azersuda ishleyirdi. Yani bu adamdan ne gozleyirsiz? Parlament de onun kimi idare olunur. Pulnan ishe gotururler, gedin baxin kimler burda ishleyir. Harda avara var hamsini yigiblar Parlamenta. Bu Parlament, bu spiker bir gun bu dovlete problem yaradacaq. Bele olmaz!

İsa ya 2018-03-17 08:36:01

Adam özəlini deyib, dövlət işini itirməz. O, bir rayon və 4 məktəbin yamyaşıl stadionunu kapital filialla da "gül kimi" tennis akademiyasını siyasi-mədəni qaydada yaradıb təhvil verib!

Isa 2018-03-17 08:36:01

Oqtay ne bilsin kredit, pul, problem nedir. Onun Shuvalanda olan bagindan butun kend danishir. 3 dene tenis kort, bagin icinde stadion, basseyn bir mehelle boyda, deyiller birdene resm eseri var 8 million qiymeti var. Bir nece kend ushagi bagi gorub. Ayrica mashinlar kolleksiyasi var, boyuk garaj var mashinlar ucun. Balaca Formula mashinlari ucun tras duzeldib ozune. Bu adam hardan bilsin xalqin problemini.

doktor 2018-03-17 08:36:01

toxun acdan ne xeberi

Səid 2018-03-17 08:36:01

Bu hökümət dollarla alınan kreditleri həll edən deyil. Boş yerə özümüzü yormayaq. Banklar da elə bu hökümətdə təmsil olunan oliqarxlara məxsusdur. Vergi borclarını, sosial müdafiə borclarını əfv edən, Beynəlxalq Bankın milyardlarla borcunu elə həmin dollarla kredit götürmüş vətəndaşların da ödədiyi vergilərlə formalasan büdcədən ödəyən bu hökümət, öz günahından borcu üç qatına çıxan zavallı vətəndaşlara hər hansı bir köməkdən imtina edir. Bunun belə olacağı illərdir məlum idi. Konstitusiya məhkəməsinin sifarişlə verdiyi qərar artıq bu hökümətin dollarla krediti olan vətəndaşlara münasibətini açıq aydın ifadə edirdi.

Mahir Əliyev-ə 2018-03-17 08:36:01

Daimi parter vəziyyəti ətrafa baxışı dəyişir və konkret istək formalaşdırır – hamını özü kimi görmək !!!

Nazim 2018-03-17 08:36:01

.... Deputatlar bu hakimiyyetden uz donderse, hele bu spikerin intrigalarina gore uz donderecek....hech kontrol ede bilmir. Gedib saglam anadan ushaglarini alib, analigini alib. Deyirler President hirslenib buna gore. Qiz Bakida imkan tapmadi danishmaga, gedib xaricde Prezidentimize muraciet edib sosial media vasitesile. Video-Xeber sherhde. https://www.facebook.com/1880936758793700/videos/1937674879786554/

Hər şey göründüyü kimi sadə deyil 2018-03-17 08:36:01

...“Xarici bankların Azərbaycanda işləməsi qadağandır. Onlar krediti 3-7 % lə verirlər”.......))))))) ölkədə fəaliyyət göstərən xarici bankların saytlarına baxdım, əhaliyə manatla verilən kreditlər üzrə - VTB, Nikoyl, Acces bank. Ən öndə olan sonuncu bankdır, illik 29%, effektiv faiz dərəcəsi 31,6%; Bizim banklarla eyni səviyyədə. O ki, qaldı xarici valyutada (ABŞ dollarında) kreditlərə və xarici banklar üçün ölkəyə qapıların açılmasına, bu halda, sözsüzki faiz dərəcəsi enəcək (bizim və onların faiz dərəcəsi arasında kəskin fərq mövcuddur). Təbii ki, bizim banklar onlarla rəqabət apara bilməyəcək və çox qısa zamanda sıxışdırılıb bazardan çıxarılacaqlar (Avropanın ilk onluqda olan istənilən bankı Azərbaycanın bütün kredit bazarında olan tələbi ödəyə bilər, hələ banklardakı korporativ mədəniyyət səviyyəsi arasında fərq qalsın bir tərəfdə)....))))))) .......“Ucuz kredit olsa iqtisadiyyat inkişaf edər, baha kredit bu günkü durğunluğun səbəbidir”....olduqca düzgün qeyddir, lakin xarici banklar ölkənin maliyyə bazarlarına daxil olub manatla kreditləşdirməyə razılıq versələr, olduqcə sərt şərtlər müəyyənləşdirəcəklər (büdcə kəsri, tədiyyə balansı üzrə kəsr, mübadilə məzənnəsi rejimi, inflyasiya səviyyəsi və digər parametrlər üzrə). Bu şərtlər isə elə olacaq ki,.... yəhudi ilə rusun alveri barədə lətifə kimi....)))))

Kolxozdar 2018-03-17 08:36:01

.... Bir milyard büdcə yoxdu, O.Əsədovun sərəncamında 4 milyard vardı? Sayını bilmədiyim MN(AzSSRdə) bir bankla bütün verğini toplayır, ayda iki maaşla dünyəvi pul dövrüyyəsini də təşkil edirdi. Sonra möhtəşəm, "Budur ey, pul, banklara, dənizə, aləmə səpirik! Kim bacarar, tutsun?," dünyəvi şousu bərqərar oldu.

Anara-çoxsaylı suallara qısa cavab 2018-03-17 08:36:01

Xarici bankların Azərbaycanda işləməsi qadağandır. Onlar krediti 3 - 7 % lə verirlər. Yalnız BİZİM BANKLAR qazanmalıdır ! 25-30%. Kredit alanın nə işinə, bankın sahibnin soyadı Məmmədovdur (25-30%) və ya Con Smit (3-7%). Ucuz kredit olsa iqtisadiyyat inkişaf edər, baha kredit bu günkü durğunluğun səbəbidir.Azərbaycan 21 ildir ki Ümumdünya Ticarət Təşkiatına üzv olmaq üçün "danışıqlar aparır". Dünya rekordudur!

Mahir Əliyev 2018-03-17 08:36:01

Təbriklər,bu da .....

sual 2018-03-17 08:36:01

davami...Ölkədə aparılan institusional islahatlar səmərəlilik baxımından qiymətləndirilməlidir, ola bilməzki monetar sferanın inkişafı bir qurum tərəfindən, onun reallaşma mexanizmi (bank sektoru) isə başqa qurum tərəfindən aparılsın, ən azı maraqların konflikti səbəbindən - bir qurum səmərəliliyi bir istiqamətdə görəcək, digər qurum isə başqa, bu mütləqdir, geci-tezi var. Ölkədə məzənnənin hədəflənməsi rejimi dəyişdirilməlidir, bu da labüddür, əgər biz iqtisadiyyatı inkişaf etdirmək istəyiriksə, faiz dərəcəsinin hədəflənməsi isə ilk növbədə bank sektoru və mərkəzi bank əlaqələrinin yeni səviyyəyə qaldırılmasıdır. PARLAMENT bu məslələri müzakirə etməlidir

sual 2018-03-17 08:36:01

davami.....Banklar əhalinin və müştərilərinin vəsaitlərini istifadə edib kreditlər verir. Nə üçün banklarda 2004-cü ildən sonra 2008-ci ilə kimi hamı krediti dollarla istəyirdi, əmanətləri isə manatla yerləşdirirdi??? Çünki dollar ucuzlaşırdı, manat isə bahalaşırdı!!! Əgər AMB inflyasiyanı orta illik 3-4%-ə endirsə, manatla faiz dərəcəsi isə indiki səviyyədə qalsa, görək ölkədə bir nəfər tapılarki (ölkə rezidenti olan) bankda dollarla əmanət saxlasın??? Deməli əsas məsələ dollarla kreditlərdə yox, iqtisadiyyatın tənzimlənməsidir...))) Mərkəzi bankın yeganə funksiyası manatın məzənnəsinin qorunması olacaqsa iqtisadiyyat gec-tez yenə böhranla üzləşəcək, neftin qiyməti dəyişməyib indiki səviyyədə qalsa belə. Çünki iqtisadiyyat artdıqca (zəif templə olsada) orada inflyasiya potensialı toplanır və o, tez-gec üzə çıxır.

Anar 2018-03-17 08:36:01

Mən hələ kredit alıb kredit puluna çörək alan adam görmədim. Əksər kredit alan adamlar vaxtından qabaq telefon, televizor ,maşın, ev, cehiz, su filtiri, toz sovuran, paltar tutan, nu siyahını nə qədər desən artırmaq olar. Məncə öz büdcəsini idarə edə bilməyən insanlar kreditə qaçır.

Müfəttiş 2018-03-17 08:36:01

Azərbaycanda yüksək vəzifəlilərin xalqa qənim kəsilmələri sanki onlara verilən bir təlimatdır. Heç birindən vətəndaşın xeyrinə, yaxşı bir söz eşitmək mümkün deyildir....

Sade Vetendas 2018-03-17 08:36:01

Canlari cixsin menim neft payimdan baglasinlar krediti.Birazda az yeseler olmezler

pensioner 2018-03-17 08:36:01

"Nə hökumətin,nə də bankların günahı varmış!".Günahkar fərsiz və ancaq özünə işləyən hökumət, acgöz banklar və real olaraq işnin adı məlum olmayan deputatxana yox, sabahına ümidi olmayan xalqdır. P.S; bu mövzuya aid qəşəng bir karikatura çəkmək olar.

aysberq 2018-03-17 08:36:01

Görün Azərbaycanın ən yüksək məmurlarından (neçənci adamıdır fərq etməz) birinin dediyinə diqqət yetirin. Kişi qızıl xırdalayır. Hələ gurultulu səslənsin deyə adını da qoymusunuz Milli Məclisin Spikeri. Onun danışığına kikir verin ki,"millət üçün onun ürəyi sinəsində neçə vurur". Millət isə hələ də haradan isə nə isə gözləyir. Tərpənmə amandır bala, qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay! (Allah M.Ə.Sabirə rəhmət etsin)

Mirzə AĞ 2018-03-17 08:36:01

Açıq danışsaq, Oqtayın yeri "türmə"dir, MM yox!!! Onun yediyi kreditləri hökumət hələ də ödəyib qurtara bilməyib!

Dr.AGAOGLU 2018-03-17 08:36:01

Deputat,spiker Oktay muellim,dollarla kredit verilmis adamlarin sosial menseyi statistikasin arasdirmaq isteyinde olsaniz,dusunmeden,demesenizde mentiqinizi deyisib daxilinizde VERIBLER deyersiz.Belede ise.....vezife insnin maddiliyini temin etsede basina beladir.

Anar 2018-03-17 08:36:01

Verilən kreditlərin heç 10 faizi deyil əmanətlər. Mərkəzi bankdan 4...8 faizə və biazda xaricdən (bəzi banklar) alınan pulları 24- 30 faizə əhaliyə verirdilər. Biz əgər kredit götürməsək yəni nəyisə vaxtından qabaq almağa tələsməsək banklar kef eləməz. İnşallah xalqımız səbirli olar. Banklarda faizi endirər.

Son yazılar