ARTUR RƏSİZADƏNİN SONUNCU BAHARI... - "Elə bil ki, baş nazır deyil..."

İqtisadçı-ekspert, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu baş nazir Artur Rəsizadənin parlametdəki son hesabatı ilə bağlı öz facebook səhifəsindən maraqlı yazı paylaşıb. “AzPolitika.info” iqtisadçı alimin həmin yazısını təqdim edir:

"Bu gün baş nazir parlamentdə hesabat verdi. Amma hesabat ilinin 2017-ci il əhatə etməsinə baxmayaraq müqayisələr son 14 iln üzərində qurulmuşdu. Elə bil ki, baş nazirin sonuncu baharıdır və o yekun hesabatını verirdi.

Hesabatın leytmotivini korrupsiya hesabına yaradılmış infrastruktura dair quru rəqəmlər təşkil edirdi. Bu da sovet dövründə kommunist partiyasının plenunlarında partiya rəhbərlərinin təssərrüfat fəaliyyətinin nəticələrinə həsr olunmuş çıxışını xatırladırdı. Hesabatda movcud infratsurkturun rəsmi statistik məlumatlarla xarakteriskası verilməklə ölkə iqtisadiyyatının daha çox kəmiyyət qiymətləndirilməsi aparılıb. Ona görə də yeni hesabatdan təzə nə isə eşitmək mümkün deyildir. Çünki, elə bil ki, baş nazır deyil, Dövlət Statisktika Komitəsinin sədri hesabat verirdi.

Əslində bu hesabat ötən ilin yekunlarına həsr olunmalı, sosial-iqtisadi nəticələrin bazasında keyfiyyət xarakterli qiymətləndirməni əks etdirməli, cari il üçün yeni planlar açıqlanmalı, hökümətin əhaliyə, biznesə mesajları səsləndirilməli idi.

Təəssüf ki, baş nazir ölkədə 2 il davam edən ikirəqəmli inflyasiya problemindən, bank sektorunun acınacaqlı vəziyyətindən, kredit qoyuluşunun azalmasından, problemli kreditlərin artmasından, Beynəlxalq Bankın borclarından, neft gəlirlərinin necə xərclənməsindən, işsizlikdən, yoxsulluqdan, regional disproporsiyasından, miqrasiyadan, təhsilin və səhiyyənin keyfiyyətindən heç nə danışmadı.

Odur ki, bu hesabatı sıradan olan və sadəcə bizdə də baş nazir var, hökümət işləyir görüntüsü yaratmaq üçün şou kimi dəyərləndirirəm. Gözlənildiyi kimi, Milli Məclisin üzvləri də baş nazirin hesabatını adekvat münasibət sərgiləmədi, yetərincə tənqidi fikirlər səsləndirilmədi və hesabatın əleyhinə çıxışlar müşahidə olunmadı.

Baş nazirin çıxışını bu linkdən izləyə bilərsiniz".

 

635x100

Şərhlər

samir 2018-03-17 17:39:07

Cixardin ora masalan sahiyya nazirini onnan yaxshi danishacaq yox cox inteleqentdi

Salman-a 2018-03-17 17:39:07

Salman bəy,görünür ki,siz SSRİ vaxtının idarə üsulunu eşitmisən,amma görməmisən.SSRİ vaxtı indiki kimi təyinatlar,yeyintilər,oğurluqlar,mənimsəmələr,vəzifələrin satılması,nəzarətsizlik,olmayıb.Qohumların bir-birinin tabeliyində işləməsi qadağan idi və mümkün deyildi. İndi ??7? Elə bu yoxların indi olarlara çevrrilməsi ölkəniu bu vəziyyətə düşməsinə səbəb olub.Bir az bilgili olun!

salman 2018-03-17 17:39:07

Hal hazırda Azərbaycanda hökumətin idarə olunmasından, SSSR-inin idarə olunmasında fərq görmürəm.

SUAL 2018-03-17 17:39:07

ALLAH BİZİM BAS NAZİRİ XATA BALADAN BƏD NƏZƏRDƏN QORUSUN. BOS-BOS DANİSMAQDAN DANİSMAMAQ YAXSİ DEYİLMİ?

AAgahuseyn 2018-03-17 17:39:07

Bu qoca kişidən nə istəyirsiz elə bilin botan pencəyidir.Adam bu yaşda danışır-gəzir-özünü idarə edir-fikirlərini rus dilində ifadə edir-işini bilir.Daha nə lazımdır.

ZAZA DAYI 2018-03-17 17:39:07

BİZ ARTUR RASİZADE İLE FEXR ETMELİYİK. ANALOQSUZ BAŞ NAZİR! DÜNYANIN HEÇ BİR ÖLKESİNDE O YAŞDA MEMUR YOXDUR, NEİNKİ BAŞ NAZİR. BU ETALONDUR, ONU QORUMALIYIQ.

Vətəndaş 2018-03-17 17:39:07

Rəsizadə (əgər doğrudan da Rəsizadədirsə_) 82 il Azərbaycanda yaşamasına baxmayaraq indiyə kimi Azərbaycan dilində səlist danışa bilmir.Bu onun kimliyinə əsaslı şübhə yaradır.İkinci tərəfdən gah istefa verməsi,sonradan dirildilməsi,uzun illərdir baş nazir postunu saxlamasının isə hansısa qarışıq bir səbəbi olduğu da təxmin edilə bilər. Ən əsası isə sanki Azərbaycanda bu posta təyin ediləcək bacarıqlı,uyğun şəxs tapılmır? Axı baş nazir postu ..... Orada işləmək,iş görmək tələb olunu

Müəllif 2018-03-17 17:39:07

------------

hop-hopnamə 2018-03-17 17:39:07

Onu çıx səhv edib elə deyirsiniz. Artur İsa peyğəmbər zühur edənədək yerində oturacaqdır. O dünyasını dəyişsə də yenə o kresloda mumiyalanmış kimi qalacaqdır. Çünki onun kökləri 15 km dərinlikdə nöyütdən qidalanır.

G.M 2018-03-17 17:39:07

Artur mallımı hər dəfə görəndə uşaqlıq xatirələrim gəlir göz önünə..Babamdan soruşardım ki,Ay ,Baba Bostanın girişindəki ağaca pencəyi niyə keyindirmisən..Deyərdi ki,bunu uzaqdan görənlər elə bilirlər ki,Bostan sahibsiz deyil.

Son yazılar