«Suriyada ABŞ, Britaniya və Fransa xüsusi təyinatlıları var» - LAVROV

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Suriya torpağında (quruda) Amerika Birləşmiş Ştatları (ABŞ), Britaniya və Fransanın «xüsusi təyinatlı»ları yerləşib və bu da artıq «dolayı müharibə» («proksi-müharibə») yox, birbaşa müharibəyə cəlb olunmaq deməkdir.

«Suriya torpaqlarında ABŞ (onlar artıq bunu gizlətmirlər!), Britaniya, Fransa və bir sıra ölkələrin xüsusi təyinatlı hərbi qüvvələri yerləşib. Odur ki, aptıq bu, «proksi-müharibə» yox, müharibəyə birbaşa cəlb olunmaq deməkdir» - deyə, Lavrov Qazaxıstan Prezidentinin «Teleradiokompleksi»nə verdiyi müsahibədə bəyan edib.

Diqqətçəkəndir ki, sözügedən qüvvələri Suriyaya çağıran olmayıb. Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, ABŞ və müttəfiqlərinin hərbi qüvvələrinin Suriyada yerləşməsi beynəlxalq hüquqa ziddir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar