“ÇOX SAĞOLUN, ARTUR TAİROVİÇ...” - 30 ildir dəyişməyən müraciət forması

İldə bir dəfə bizim dildə dil açıb danışan hörmərtli baş nazirimizin son çıxışı geniş müzakirə mövzusuna çevrilib. Çıxış belə olar! Biri deyir Azərbaycan dilində danışa bilmir, o biri deyir baş nazir kimi son çıxışıdır, başqa biri də onu kürsüyə çıxaranları qınayır ki, kişiyə niyə bu zülmü verirsiniz... Bir sözlə, Artur Rəsizadənin çıxışı əməlli-başlı gündəmə çevrilib.

Ancaq çıxışa diqqətlə baxanlar və dinləyənlərin əksəriyyəti bəlkə də bir xüsusi məqama diqqət yetirmir – Artur Rəsizadənin parlament sədri tərəfindən necə yola salınmasına. Canını qabağındakı kağızdan bir təhər qurtaran baş nazirə müraciət edən Oqtay Əsədov deyir: “Çox sağolun, Artur Tairoviç”. Müraciət formasına baxın! Bu müraciəti adı Azərbaycan və dövlət dili Azərbaycan dili(!) olan ölkənin Milli Məclisinin sədri edir, özü də həmin dövlətin baş nazirinə xitabən – yəni Rusiyanın, Belarusun, Qırğızıstanın yox, məhz Azərbaycanın baş naziri sayılan şəxsə! Və əmin ola bilərsiniz ki, Artur Rəsizadəyə təkcə Oqtay Əsədov yox, digərləri də məhz belə müraciət edirlər.

Dil dövlət atributlarından biri, parlamentin sədri və baş nazir isə həmin dövlətin başında yer alan şəxslər hesab edilir. Görəsən, Tahiroviç, Əhmədoviç, Məmmədoviç hansı dövlətin, hansı dilin müraciət formasıdır? Axı bildiyimiz qədərilə bura Rusiya, Serbiya, Belarus və yaxud hansısa başqa slavyan dövləti yox, Azərbaycandır! Öz dövlət atributuna qarşı bu münasibəti göstərən şəxsin onun başındakı strateji posta sahib olmağa mənəvi haqqı nə qədərdir? Yəqin bu adamlara xatırlatmaq lazımdır ki, onlar Nəsib bəy Yusifbəylinin, Məhəmməd Əmin Rəsulzadənin yaradıb, Fətəli Xan Xoylunun və digərlərinin miras qoyduğu Cümhuriyyətin baş naziri və parlament sədrləridir. Və bu şəxsiyyətlər heç vaxt bir-birinə “filankəs filankəsoviç” deyə müraciət etməyiblər.

Sovet dönəmini başa düşmək olar, o vaxt belə müraciət forması adi hal idi, ancaq o dövrdə də heç kəs bir azərbaycanlıdan başqa bir həmyerlisinə “filankəsoviç” deyə xitab etməsini tələb etmirdi. Bu müraciət forması əsasən qeyri millətlərə münasibətdə işlədilirdi. Ancaq bildiyimiz qədərilə Artur müəllim azərbaycanlıdır və Sovet İttifaqı da artıq 30 ilə yaxındır ki, yoxdur! Bəs görəsən, haradandır bu nostalji, istək, sevgi? Əslində istənilən məmur digərinə “filankəsoviç, yaxud “filankəsovna” deyə bilər – evdə, restoranda və sair, ancaq dövlət qurumunda, xüsusilə də parlamentdə bu müraciət forması heç də dilimizə və atributlarımıza qarşı hörmət əlaməti sayıla bilməz.

Hörmətli Artur müəllimin çıxışının sonunda “Görülən (görünən yox ha-red.) dağa bələdçi nə lazım” deyə atalar sözü işlətməsi isə əsl sensasiya idi. Həmin atlar sözünü oxuyana qədər ürəyində onu ora yazanın gəlib-keçənini neçə dəfə söydüyünü də yəqin ki, bir özü bilir...

Ümumiyyətlə, zarafat və ironiya bir tərəfə, adamın 83 ildir bu ölkədə yaşamasına və işləməsinə, son 22 ildə də onun baş naziri olmasına baxmayaraq, öz dilində danışa bilməməsi əslində faciədir – özü də onun yox, bizim faciəmizdir! Və bu acı reallığı yaşamamızda hələ də ona “Artur Tairoviç” deyə müraciət edənlərin rolu az deyil...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

kohne 2018-03-18 00:03:42

Russkoyazicni olur olsunde.Evinde.Meclisde Heyder Eliyev kimi temiz oz dilinde danishmaq lazimdir.Yeqin bu da bunun dilidi!!!

AYDIN DÜŞÜNCƏLİ 2018-03-18 00:03:42

ARTUR TAİROVİÇ ÖZ ANA DİLİNDƏ ÇOX GÖZƏL DANIŞA BİLİR. HƏR BİR İNSAN ÖZ ANASININ DİLİNİ YAXŞI BİLİR. BİR MƏSƏLƏ DƏ VAR Kİ, NƏ VAXT İSƏ AZƏRBAYCANDAKI BÜTÜN PROBLEMLƏRİN SƏBƏBKARI KİMİ GÖSTƏRİLƏCƏK BİRİNƏ HƏMİŞƏ EHTİYAC OLUB.

GM-ə 2018-03-18 00:03:42

Yaşlı "kişi " özwnə, şəxsinə hörmət etmirsə kim ona hörmət etməlidir. İnsan xəstəliyi ilə əlaqədar baş nazir postundan istefa etdi, sonra müəyyən məsələlərdən sonra yenidən baş nazir oldu.Belə analoqu olmayan hal hansı normal ölkədə olub? İndi də hələ sürünür.Sanki Azərbaycan o olmasa batar.Əcaib bir vəziyyətdə qalmışıq.

ali 2018-03-18 00:03:42

PLANET PARNİ İZ BAKU KVN-nin NAZİRLƏR KABİNETİNİN İCLASI TAMAŞASINA YƏQİN BAXMISİZ.KVN-ŞİKLƏR İNCİMƏSİN MM-İN BU İCLASI HEC DƏ ONLARIN TAMAŞASİNDAN GERİ QALMIRDI.SONRA DA DEYİRLƏR KVN NAHAQ YERƏ BİZİ TƏNQİD EDİR.

AZƏRBAYCANLI 2018-03-18 00:03:42

Mən bilmirəm bu adama niyə zülm verirlər,qoymurlar rahat ölsün.Tribunada güclə durur,hıqqana-hıqqana üzündən oxuyur.Buna xarıci dövlətlər də baxır axı.o vəzifəni tutan adamın gərək ağzından od tökülə.biabırçılıqdır.nə isə yəqin ki bu axırıncı çıxışı olar. təki 100 yaşasın öz evində rahat istirahət eləsin.

G.M 2018-03-18 00:03:42

Artur mallımın üzündən zorla oxuduğu hesabatı dinləyənlər and içirlər ki,heç nə başa düşməyiblər.Əslində mən də bir za cəhd elədim ki,dinləyim..dinlədikdə isə sandım ki,rusca danışır.Mən də ki,Ərəb dilini bir az bilsəm də rus dilindən xəbərsizəm.Ancaq bir neçə kəlmə Azərbaycan dilində södən istifadə eləsə də məzmununu anlamadım.Ümumiyətcə bu yaşlı kişiyə bu zülmü niyə edirlər ki..

Kablay 2018-03-18 00:03:42

Azerbaycanin coreyi size haram olsun! Oz dilini bilmeyenler...

keçici qırmızı bayraqlar 2018-03-18 00:03:42

Nəqədər ki, "Şərqin Günəşi" böyük gərdəş tərəfindən idarə olunacaq, nə qədər ki, onlar "bizim strateji tərəfdaşımız olaraq qalacaqlar" bu tairoviçlər, mamedoviçlər, yapoviçlər həmişə qalacaqdır. İvan namın alarsan, Amilyanov olarsan, Qoy millət hələ ki, tairoviçləri belində gəzdirsin. Mənim xalqım dözümlü xalqdır!

Abbasqulu 2018-03-18 00:03:42

Analoqu olmayan inkişaf buna deyilir.Doğrudan da analoqu olmayan inkişafın ölkəni tənəzzülə gətirdiyini hər addımda görürük.İnkişaf şəhərdə oğurluq,korrupsiya,rüşvət pulları ilə özəl binaların,resytoranların,şadlıq evlərinin tikintisi ilə ölçülmür. İnkişaf dövlət siyasətinə uyğun olaraq əhalinin güzəranının yaxşılaşdırılması ( bunun üçün iş yerləri,maaşların , müavinətlərin, pensiyaların miqdarının normal həyat tələbləri ilə uzlaşması, insanların əsəbi gərginliklə yaşamaması kimi meyarlar),qanunların işlə

Fəradi 2018-03-18 00:03:42

Mənim yadımdadır bəzi partokratlar ilk dövürdə rəhmətlik Prezidentə Heydər Əliyeviç deyə müraciət edirdilər. Lakin bir dəfə H.Əliyev onları başa saldı ki -oviçlə qurtardıqda və bundan sonra heç kimi ona belə müraciət etməyə cürət etmədi. Yəni bunu A.Rəsizadə və O.Əsədov eşitməyib. Yoxsa onlar belə işlərə məhəl qoymurlar.

Mirzə AĞ 2018-03-18 00:03:42

Zorən Baş nazirin zorən "hesabatı" əlbəttə, əziyyət olar... Tairoviçə (Tahiroviçə yox ha!) gerçəkdən əziyyət verdik - sevmədiyi dildə "şparqalka" oxutdurduq! Bütün bunlar isə "YAP xidməti"dir...

Ирина 2018-03-18 00:03:42

Зря Вы так товарищи))) Во первых, Артуру Тахировичу около 80 лет. Человек хозяйственник, человек советской эпохи, русскоязычный.Это не дает основание,кому то обсуждать его,как человека,который служит своему народу верой и правдой. В отношении него,никогда не было и наверное не будет каких либо компромметирующих материалов,которые могли бы очернеть его как человека!!!

goydəbulud 2018-03-18 00:03:42

Gorunən daxa bələdci lazim dəyil deyib atalarimiz....

Mühəndis Bəhram Cəfəri 2018-03-18 00:03:42

Госпоже Ирине və Azərbaycanlıya. MM dəfələrlə Artur Tairoviçin namizədliyini geri qaytarsa da rəhmətlik PREZİDENTLƏR Ə.Elçibəy və H.Əliyev onu təkrarən təklif etdilər. Dəfələrlə az təcrübəli Bako ötən il adambaşına Azərbaycandan üç(3) dəfə çox ÜDM istehsal, ixracdan sonra ABŞa "baş vurub"! Xankəndi Bakı kimi adambaşına 500-800 dollarlıq təbii sərvətlər də ixrac etməyib. Bizim bərli-bəzəkli iqtisadiyyatı özünüz dəyərləndirin?

asarti 2018-03-18 00:03:42

abs raziliq vermese artura hec kes toxuna bilmez/ o vezfe bolgusundedir/

Ирина-ya 2018-03-18 00:03:42

Birincisi Артуру Тахирович-in около 80 yox okolo 84 yaşı var (26.02.1935 təvəlüd).İkincisi əgər o belə "человек хозяйственник, человек советской эпохи, русскоязычный"-dırsa qoy onda gedib Rusiyada baş nazir olsun. Üçüncüsü Rusiyada "человек хозяйственник, человек советской эпохи азербайджа́нaязычный" baş nair və yaxud ЖEK müdiri işləyə bilərmi?

Kecmiw coban(русскоязычный)Ирина muellimeye 2018-03-18 00:03:42

Уважаемая Ирина Космодемьянская,успокоитесь пожалюста.Muellime size esebilewmek olmaz,siz xalqa lazimli adamsiniz,берегите себя ради своего народа!С уважением экс чобан.

ABDULQADIR.- MIRZE AG 2018-03-18 00:03:42

MIRZE HECH DE QARA DÜSHÜNME.TABUT GERIDE QALMISHLIQ NÜMUNESIDIR.KOSMIK SÜRETLI,HERAKL CÜRETLI YAP HÖKUMETI YENI LAHIYELERINI TAMAMLAMAQ ÜZREDIR.ÖMRÜNÜ PERCHIMLENDIYI KRESLOSUNDA BASHA VURACAQ EVEZOLUNMAZLAR ANQOLA ISTEHSALI MÜMYA KOLYASKADA MUMYALANMISH VEZIYYETDE DENIZ KENARI BULVARDA AYRILACAQ FEXRI ALTUN XIYABANDA SIRALANACAQLAR./dünyada ilk/ BUNUNCHÜN PETROLUN QIYMETI QALXMAZSA 10 FAIZ MAASHI QALDIRILMISHLAR 20 FAIZ MAASHDAN HEDIYYE ILE SHEREFLENDIRILECEKLER.

Kecmiw coban 2018-03-18 00:03:42

И вам огромное спасибо ,Джалал .....ович,за хорошой статей.Qaldiki bizim cox hormetli Артур muellim Таировича onun leksikon kewvi не первый и не последний, gorulen dagdan qabaq Molotov kotleti,alabala,отходы,muellim benna,sogan muellime,yemeli qozlar ve s.

ILHAMA ANZABI 2018-03-18 00:03:42

Biz Arturlarin, Ganiklerin, kim olduglarini chox yaxshi bilirik, ve bunlar hamisi bir bir aradan gedirler de Inshallh! Amma Bir defe de Leyla Yunus hagda bele bir megale Yazin! Bax menim onun russkiyazichni olub, oz dilinde danishmagi sevmemesi, Milletimize istehza etmesi,ve butun bunlardan sonra muxalifet dushergesinde hormet sahibi olmasi meni dahachox qiciglandir

YAZZIĞ ANA YURDUMUZ AZƏRBAYCAN! 2018-03-18 00:03:42

ERMƏNİ-XAİESLƏRİN ŞƏHİD ETDİYİ ÖVLADLAR TORPAQ ALTINDA İNİLDİYİR, ANA-BACILARIN-ŞƏHİD ÖVLADLARIN AHU-NAİLƏSİ TÖKÜLSÜN AZƏRBAYCANDA NƏ QƏDƏR ERMƏNİ-XAİES VAR ONLARIN AİLƏLƏRİNİN-ÖVLADLARININ-SƏCƏRƏLƏRİNİN SİNƏLƏRİNƏ, LƏNƏT OLSUN ERMƏNİ-XAİESLƏRLƏ QOHUMLAŞIB VƏ YA VƏZİFƏ TUTMAQDAN ÖTRÜ ONLARA BOYUNDURUQ OLANLARA! 404 MİN KVADRAT KİLOMETR BÖYÜK AZƏRBAYCANI ERMƏNİ-XAİESLƏRİN XƏYANƏTİYLƏ 4 YERƏ PARÇALADILAR, MİNLƏRLƏ QƏHRƏMAN ÖVLADLARINI QƏTLƏ YETİRDİLƏR, 1 ƏSRDƏ 4 DƏFƏ SOYQIRIM TÖRƏDİLDİ AZƏRBAYCANLILARA QARŞI!

bütün şərh yazanlara 2018-03-18 00:03:42

Narahat olmayın çox etibarlı mənbələrdən eşitdiyimə görə Artur müəllim deyıb ki ,əşşi həvəsdi,bəsdi da buraxın məni gedim.Ona deyiblər ki yaxşı bir az da döz səni təm-taraqla yola salacayıq.O kişi də oturub o təm tarağı gözləyir.biz də gözləyək də.

Mirzə AĞ 2018-03-18 00:03:42

Bu gedişlə, gələn il inşallah, onu parlamentə "kolyaska"da gətirərlər, o biri il isə "tabut"da! Ona da bir "dosroçnı" rəhmət...

Son yazılar