DEPUTAT TANINMIŞ ALİMİ "TOPA TUTDU" - "Hoqqabazlıqla məşğul olan bu cahillər..."

"Əsas işləri milli tariximizin türk zəmini üzərindən qoparılmasına xidmət etməkdir"

"Azərbaycanda bütün tarixçilər, hüquqçular, fəlsəfəçilər, pedaqoqlar kəmsavaddırlar..."

"Tarix deyəndə biz Mommzenin "Roma tarixi"ni, Hegelin "Tarix fəlsəfəsi"ni, Droyzenin "İstorikası"nı, Kollingvudun "Tarix ideyası"nı, Mark Blokun "Tarixin apologiyası"nı, Karrın "Tarix nədir" və onlarla başqa şedevrləri oxuyub, öyrənib bizdən əvvəlki dövrlərdə baş vermiş hadisələrin səbəb-nəticə əlaqələrini tapmağa çalışırıq". Qaynarinfo xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

O, son illərdə Azərbaycan tarix düşüncəsində ciddi bir dəyişim yaratmış Güntay Gəncalpın, Əkbər Nəcəfin əsərləri Sovet dövründən əzbərlədilmiş ehkamların dəyişməsində mühüm rol oynayıb: "Azərbaycanda həm də çox sayda nomenklatura tarixçiləri vardır ki, bunlar elmi dərəcəni təsdiq edən diplomlarını alıb evlərinə qoyub, oradan-buradan mətnləri köçürərək məzmununa da saxta "vətənpərvərlik" halvasından qataraq ciddi bir iş gördüklərini zənn edirlər. Buraxdıqları Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, ümumiyyətlə, Qərb düşünürlərinin Ensiklopediya fəlsəfəsinə uyğun gəlmir, arxiv məlumatlarının ətrafında gəzişərək guya bir şeylər kəşf etməyə çalışırlar, əsas işləri də ərazi tariximizin yaşını populist və məsuliyyətsiz formada uzatmaqla milli tariximizin türk zəmini üzərindən qoparılmasına xidmət etməkdir. Bunlar nə Dədə Qurqud mədəniyyətinin mahiyyətini anlayıblar, nə də Səlcuqlu, Oğuz, Osmanlı mədəni mirasının rolunu. Əsasən də tariximizin Sasani düşüncə sistemi ilə uzlaşdırlmasına xidmət edən çalışmalarla məşğuldurlar. Azərbaycanda Türk kimliyi və saxta tarix problemi" əsərində bu problemə əhatəli şəkildə toxunduğuma görə, üzərində geniş dayanmaq istəmirəm".

Deputat yazır ki, onun Cümhuriyyətin 100 illiyi və soyqırımla bağlı görülən işlərin yetərsizliyi ilə bağlı fikirlərinə qarşı Akademiyanın tarix institutunun direktor müavini Cəbi Bəhramov adlı biri cavab verib. Deyib ki, bəs tarixdən xəbəri olmayanlar, yaxud da kəmsavadlar bu barədə danışmasınlar: "Cəbi Bəhramovu şəxsən tanımıram, hansısa parlaq yaradıcılıq işi olsaydı, heç şübhəsiz xəbərim olardı. Tədqiq etdiyim xarici nəşrlərdə fikirlərinə, hansısa istinada da rast gəlməmişəm. Bununla belə əminəm ki, əzbərçi və diletant nomenklatura tarixçilərini tanımaq üçün işlətdiyi cümlələr kifayətdir ki, nə dərəcədə məhdud düşüncə sahibi olduğunu anlayasan.

İçi mən qarışıq, Azərbaycanda bütün tarixçilər, hüquqçular, fəlsəfəçilər, pedaqoqlar kəmsavaddırlar, çünki ən azı yunan və latın mətnlərini oxuyacaq qədər savad əldə etməmişik. Ancaq Cəbi Bəhramov kimi kəmsavadlardan bizim fərqimiz ondadır ki, məhz bu boşluğu anladığımıza görə qədim mətnləri oxuyub təfəkkür süzgəcindən keçirən Qərbin və Şərqin əksər düşüncə adamlarının tarix fəlsəfəsinə aid əsərlərini ciddi tədqiq edərək bilgilər əldə etməyə çalışmışıq. Ancaq bu açıqlama məni daha da stimullaşdırdı ki, tarix fəlsəfəsi mövzusunda mülahizələrimi sistemləşdirib, maarifçilik işini gücləndirim. Ki, bu kimi diplom daşıyanlar özlərinə tarixçi deyəndə arada bir utansınlar".

Sonda Fazil Mustafa bildirib ki, Cəbi Bəhramov onun barəsində bir az da əsəbi formada söyləyib ki, mən o adamı tanımıram, tanımaq da istəmirəm: "Əlbəttə, kimisə tanımamaq və tanımaq istəməmək adamın haqqıdır. Ancaq mənim də haqqımdır ki, elm adı altında hoqqabazlıqla məşğul olan bu cahillərə özümüzü tanıdaq və anladaq ki, öz cəfəngiyyatları ilə Azərbaycan elmini nüfuzdan salanların qarşısında bizlər hər zaman dirənişimizi ortaya qoyacağıq".

Xatırladaq ki, bir neçə gün öncə millət vəkili Fazil Mustafa AMEA-nın humanitar institutlarının Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi və mart soyqırımının ildönümü ilə bağlı daha çox iş görmək imkanlarının olduğunu, əvəzində isə, az iş görüldüyünü bildirib: "Akademiya erməni soyqırımı ilə bağlı da böyük işlər görməliydi. Nəzərə alsaq ki, artıq soyqırımının 100 illiyinə 10 gün qalıb, deməli, bu imkanı əldən veriblər. Ən azından, təbliğat nöqteyi-nəzərdən qalıcı tədbirlərə imza atmaq olardı. Məsələn, yaddaşlara həkk olunmaq üçün filmlər, kitablar mütləq ərsəyə gəlməli idi. Yubileylərlə bağlı cəmi bir günlük təşkil olunacaq müəyyən ziyafətlər, konfranslar unudulub gedəcək. Ölkə prezidenti bu sahədə lazımi işlərin görülməsi ilə bağlı sərəncam verərək üzərinə düşəni edib. Əgər yerinə yetirilmirsə, bunun başqa açıqlaması yoxdur”.

635x100

Şərhlər

TURAN 2018-03-18 18:35:39

ALLAH RƏHMƏT ELƏSİN, TARİX ÜZRƏ BİR ALİM TANİYIRDIM ZİYA BÜNYADOV.ONDAN SONRA PARLAQ BİR TARİXCİ ALİMİ GÖRÜNMÜR.BİR ŞEYİ DƏRK ETMƏLİYİK Kİ,AYRICA AZƏRBAYCAN TARİXİ YOXDUR,ŞANLİ,BÖYÜK ÜMUM TÜRK TARIXİ VAR.

calal 2018-03-18 18:35:39

Indi hamı başlayacaq tarixdən danışmağa. Məmləkətdə yetərincə tarixçi alimlər var. Amma azərbaycan tarixi üzrə yaxşı alim olmaq üçün İLKİN MƏNBƏLƏRİ ÖZ DİLİNDƏ (ƏRƏB FARS YUNAN LATIN) oxumağı bacarmaq lazımdır.TARİX fakültələrində bu dillər də öyrədilməlidir

AAgahuseyn 2018-03-18 18:35:39

Tarixci Alimlər qalıb qıraqda onları iş başındkı kəmsavad alimlər və onların havadarıarı yaxın buraxmırlar.Özünüz öz paxırınızm acıb töktünüz.Deputat deyir alimlər savadsızdır düz buyurur-alimlər deyir deputatlar olmayan partiyadan deputat secilib.VALLAH hər ikisi düz buyurur.savadlı Alim var onları siyasi baxışlarına görə yaxın qoymurlar.Meydan qalıb savadsız alimlə-öz ailə partiyası yratmış insanlara.BAX BUNA GÖRƏ ONLAR ÖZLƏRİNİ BELƏ APARIRLAR CÜNKÜ ONLAR LAYİQ OLMAYAN YERDƏDİRLƏR.

İsmayıl 2018-03-18 18:35:39

Nə qədər manqurt olmalısan ki, atalarımızın,babalarımızın Şanlı Türk tarixini bir yana qoyub, Rusiyanın millətimizə sırıdığı saxta tarixi davam etdirəsən. Bu milətin türk kökündən ayırıb, gah midiyalılara, gah albanlara,gah nə bilim nəyə bağlayanılar, ya qanı qarışıqdır,ya satılmış manqurtdur, ya da Fazil bəy demiş kəmsavad cahildir. Müstəqil olduq,ancaq kitab yazan tarixçilərimiz hələ Rusun zurnasını çalır. Nə zamana qədər övladlarımızın öz tarixlərini öyrənmək, onunla qürur duymaq imkanları əlindən alınacaq? Qəhrəmanlıqlar, qəhrəmanlar, zəfərlərlə dolu Şanlı Türk tariximizi bir yana atıb kimlərinsə zibiliyində eşələnmək,bu millətə qaçaqdan-quldurdan, əıyyaşdan saxta qəhrəmanlar düzəltmək kimlərə lazımdır? Qeyrətli,şərəfli tarixçilərimiz niyə susur? Doğurdanmı hər kəs bir qarın çörəyin quluna çevrilib? Bir alim ki, həqiqəti söylənmir, haqqa xidmət etmir, batsın onun elmi də,alimliyi də, deyib peyğənbərimiz!

babek 2018-03-18 18:35:39

olkedeki dozulmez veziyyeti de topa tutsun....Tutmaz.....

Bəçirov Qəribə əlavə 2018-03-18 18:35:39

F.Mustafa öncə AXC-nin fəallaından idi,bəzən düzünü deyirdi.Amma indi tam tərsinə yol tutub. Belə külək əsən tərəfə əyilənlərin nəticəsidir ki, AZərbaycan iflic vəziyyətinə düşüb.İnsanın bir məsləki,.bir əqidəsi olmasa,ondan nə cəmiyyətə,nə də ətrafına xeyri olmur.Bu da elələrindəndir. Onun yeni partiya qurub,sədr,deputat olması da özü kimi fiktivdir.Əgər belə deyilsə,hanı cəmiyyətdə onun "partiyasının " səsi, üzvləri,məramı, nəticələri?Əgər vadsa qoy bir dəfə gördükləri işlərdən məlumat versin.Yoxdur axı!

Bashirov Qarib 2018-03-18 18:35:39

Savadim chatmir ki, sohbetin neden getdiyini anlayim.Amma, bu deqiqdir ki, iller once Ans-de tarixi movzulardan muzakireler zamani F.Mustafa kechmish tariximizi inkar edirdi, hech bir xalq qehremanlarimizin olmadigini , tarixde Azerbaycan Dovletchiliyinin 1930-cu illerden bashlanmasini deyirdi, bizim xalq olaraq neye sahibikse muasir tariximize borcluyuq deyirdi.100 il evelki AXC-ni bizden asili olmayaraq tarixin gedishatindan yarandigini lagla soyleyirdi.Onda teze deputad idi.O hech vaxt semimi olmayib.

Cavidan 2018-03-18 18:35:39

Böyük Qurtuluş Partiyasını tanıyan,bu partiyanın üzvlərinin cəmiyyətdə iştirakından xəbəri olan varmı? Hələ bir eşidilməyən,görünməyən partiyanın sədri hansı yolla isə Milli Məclisin deputatı olur.Belə hal hansı cəmiyyətdə olar? Cəmiyyətdə aktiv olmayan partiyanın kimə və nəyə xidmət etdiyi bəlli deyisə.bu nəyə gərəkdir? Bunun kimi AXC-ni də təkrarlamaq istəyən ( bütov AXC partiyas və digərləri )qondarma partiyalar nəyə xidmət edir? İnsanları aldatmaq ayıb deyimi? Axı bu görükür.

Etibar Əliyev-ə 2018-03-18 18:35:39

İlk öncə Azərbaycan Ellər Akademiyasının mövcud işçilərinin 80-95 faizinin bir bölgədən olması,insanların istifadəsinə (hətta dərslik formasında) buraxılan tarix kitablarında göstərilən hadisələrin AZərbaycanın tarixini tam əks etdirmədiyini, mədhiyyələrin yer aldığını,səviyyəsiz və yarımçıq izahlar bu işlərlə məşğul olanların səviyyəsinin göstəricisidir. Cəmiyyətətəqdim edilən tarixi əsərlər ciddi redaktör və ya qrup tərəfindən okeylənməlidir.İndi isə biri yazır(köçürü o biri yerlisi rəy verir.Beləliklə

OQTAY 2018-03-18 18:35:39

Fazil Mustafa,ile tam raziyam,kecmisini(tarihini) bilmeyen ister ziyalli istersede kim olur olsun menliyini,geleceyini, qura bilmez!!!

sabir 2018-03-18 18:35:39

AMEA Tarix İnstitutunun direktor müavini Azərbaycan Respublikası Milli Məclisinin deputatını (üç çağırış üzrə)tanımıram və tanımaq da istəmirəm deyə bilməz. Fazil Mustafanı sevməyə bilər, ancaq bir tarixçi-direktor müavini kimi onu tanımalı və tarixi rakursda dəyərləndirməyi bacarmalıdır. Bu bizim günümüzün tarixidir.

Etibar Əliyev 2018-03-18 18:35:39

Hoqqabazlığa fikir verin: Ölkədə xeyli sayda elmlər doktoru, AMEA-nın müxbir üzvü olan tarixçilər var. Ancaq Tarix İnstitutu kimi böyük bir institutun Elmi işlər üzrə direktor müavini elmlər namizədidir. Hələ özünə bir doktorluq dissertasiyası yaza bilməyən birisi bizlərə elm dərsi keçir. Yaqub Mahmudov belə adamlara dəstək verməklə elmdə inkarçılığı gücləndirir.

t.ədalət 2018-03-18 18:35:39

Bunu Coğrafiya və müsiqi sahəsinə də aid etmək oilar.Bakılı ifaçıları tamaşaçılara, sanki fars kimi təqdim edirlər.Oxu tərzinin və zəngulələrin farslaşdırılması türkçülüyü bir kənara atır. Elə bil İrandakı hansısa muğam ifaçısından söhbət açırlar. Coğrafiyaçılar isə "talış dağları" adlandırılan bir deyim tərzi "kəşf" ediblər.Kiçik Qafqazın Cənub sıra dağlarına "talış dağları" demək doğru deyil.Əgər bunu etnosla bağlayırlarsa,onda Qusardakı dağlara da "ləzgi dağları" deməliyik.Təkmilkləşməyə böyük ehtiyac var

Son yazılar