RUSİYADA SEÇKİLƏR: MÖCÜZƏ BAŞ VERMƏDİ - İlkin nəticələr açıqlanıb (Yenilənir)

Rusiyada keçirilən prezident seçkiləri bülletenlərinin 90,02 faizinin hesablanmasına əsasən Vladimir Putin 76,41 faiz seçici səsi toplayıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Qeyd edək ki, dünən Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.

***

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 33,24 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 73,5 faiz səslə qalib gəlib.  

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 14,5 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak qərarlaşıb.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.

*****

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. "AzPolitika"nın məlumatına görə, səslərin 24 faizinin sayılmasından sonra nəticələr aşağıdakı kimidir:

Vladimir Putin - 72.36

Pavel Qrudinin - 15.56

Vladimir Jirinovski - 6.88

Kseniya Sobçak - 1.39

Qriqoriy Yavlinski - 0.78

Sergey Baburin - 0.62

Maksim Suraykin - 0.61

Boris Titov - 0.60

***

Prezident seçkiləri keçirilən Rusiyada seçki məntəqələrinin çoxunda artıq səsvermə başa çatıb. Hazırda səsvermə Kalininqrad vilayətində davam etdirilir.

Qeyd edək ki, Rusiya MSK-sının Bakı vaxtı ilə 19.30-a olan məlumatına görə, seçki fəallığı 59,85 faiz təşkil edib.

Artıq "exit-poll"un ilkin nəticələri də açıqlanmağa başlayıb. Paralel səsvermənin nəticələrinə görə, hazırki prezident Vladimir Putin seçicilərin 72-74 faizinin səsini alıb. İkinci yerdə təxminən 15 faiz səslə kommunistlərin namizədi Qrudinindir. RLDP lideri Jirinovski üçüncü, Sobçak dördüncü yerdədir.

Bu məlumatlar MSK-nın ilkin nəticələrilə təsdiq olunur.

635x100

Şərhlər

---0------ 2018-03-19 09:50:56

Heç Azərbaycanda da möcüzə baş verməyəçəkş

R-n 2018-03-19 09:50:56

Putin var ki,gelbede de cala.2014-den yaxshi Putin yoxdur,var pis Putin,FSB yaradicisi...

t.ədalət 2018-03-19 09:50:56

Putinin yenidən prezident "seçilməsi" rusiyanın ziyanınadır.Böyük kapitala sahib olan Putin, Qəırbin əlində oyuncaqdır.O,bu kapitalı itirməmək üçün sonda rusiyanı gərəksiz müharibələrin girdabında məhvə sürüyəcəkdir.

Vüqar 2018-03-19 09:50:56

Rusyada sadece bir teatr oldu yene baş rolda putin oynadı .....

G.M 2018-03-19 09:50:56

Hələ ki,Putin ABŞ-a lazımdır.Postsovet məkanında hökm sürən dərəbəylik ABŞ-ın proyektidir.Qarbaçov yolunun davamıdır.Hələ bir müddət,kommunist idyalogiyası tam çökənə qədər Jirnovski simasındakı Demokratiya adlı bu ``yol`` davamlı olacaq.

keçmiş SSRİ vətəndaşı 2018-03-19 09:50:56

Tamamilə doğrudur.Seçgilərdə möcüzə baş vermədi.Çünki seçgi hər zaman olduğu kimi saxtalaşdırıldı.Əgər möcüzə baş versəydi seçgi saxtalaşdırılmazdı və Qrudinin qələbəsi elan edilərdi.

Son yazılar