Türkiyənin məşhur idman kanalı bağlandı

Türkiyənin “NTV Spor” kanalı fəaliyyətini dayandırıb.

Qol.az-ın “Hürriyyət” qəzetinə istinadla yaydığı xəbərə görə, telekanal dünən keçirilən “Fənərbaxça” - “Qalatasaray” matçından sonra efirə gedən “Yüzde Yüz Futbol” verilişi bitən kimi tamaşaçıları ilə vidalaşıb.

Dünən gecə Bakı vaxtı ilə saat 23.30-dan etibarən “NTV Spor”un yerində DMAX kanalı yayıma başlayıb. Əlavə edək ki, “NTV Spor” DMAX-ın məxsus olduğu “Discovery Networks” şirkətinə satılıb.

Qeyd edək ki, “NTV Spor” 2008-ci ilin martın 17-dən fəaliyyət göstərirdi. Beləliklə, telekanalın ömrü düz 10 il sürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar