Saakaşvili ukraynalılara Krımı qaytaracağını vəd edib

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ukraynalılara Krımı qaytaracağını vəd verib.

"Report" xəbər verir ki, bu barədə "NEWSONE" məlumat yayıb.

Məlumata görə o, bununla bağlı Kiyevdə, Maydanda impiçment uğrunda marş zamanı tərəfdarlarına müraciətində bildirib.

"Kiyev, sizi salamlayıram. Biz Maydanı qaytardıq, biz Krıımı qaytaracağıq. Bu gün o gündür ki, növbəti dəfə deyirik – Putin sistemi Ukraynaya qayıtmayacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Kiyevdə Saakaşvilinin tərəfdarları prezident Petr Poroşenkonun istefası tələbi ilə aksiya keçiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar