"Fikrimcə, hər hansı dərrakəli insan anlayır ki..." - Putin

Rusiyanı Baş Kəşfiyyat İdarəsinin eks-polkovniki Sergey Skripalın zəhərlənməsində əlinin olmasında günahlandırmaq cəfəngiyyatdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin seçki qərargahında jurnalistlərin sualına cavablandırarkən bildirib.

Onun sözlərinə görə, prezident seçkiləri və futbol üzrə dünya çempionatı öncəsi heç kəs bunu etməyə cürət etməz.

"Fikrimcə, hər hansı dərrakəli insan anlayır ki, bu, tam cəfəngiyyat, nonsesndir. Kimsə Rusiyada prezident seçkiləri və futbol üzrə dünya çempionatı öncəsi bunu etməyə cürət etməz. Bu, mümkünsüzdür", - deyə Vladimir Putin bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar