Türk ordusunun Afrin zəfəri dünya mediasında

Dünyanın məşhur qəzet və kanalları Türkiyə Silahlı Qüvvələrinin Afrin zəfərinə yer verib.Axar.az dünyanın nüfuzlu media orqanlarının Afrin zəfəri haqda yazdıqları başlıqları təqdim edir:

BBC (İngiltərə): “YPG-PKK-çılar Afrindən qovuldu”.

“24 xəbər” (Fransa): “Türkiyənin liderlik etdiyi birləşmələr Afrinin mərkəzinə nəzarəti ələ keçirdi”.

AFP (Fransa): “Türkiyə bayrağı Afrində dalğalanır. Şəhəri ələ keçirməyə çalışan terrorçular qovuldular”.

“Əl Cəzirə” (Qətər): “Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində nəzarəti ələ keçirdi”.

ABŞ-ın CNN kanalı isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrinin azad edilməsi ilə bağlı açıqlamasını yayımlayıb.

Qeyd edək ki, TSQ yanvarın 20-də Afrində əməliyyatlara başlamışdı. Ordu ötən gün şəhərin terrorçulardan təmizləndiyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar